Lizinq şirkətinə maya qoyulur
![Lizinq şirkətinə maya qoyulur](/storage/thumbnail/cover/cdn/2024/iyul/02/level-lizinq.jpg)
Lizinq bazarında fəaliyyət göstərən "Level Leasing" ASC nizamnamə kapitalını 50 min manat artırır.
Marja.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 0,50 manat olan 100 min ədəd adi, adlı, sənədsiz səhm buraxıb. Yerləşdirmə uğurla yekunlaşarsa "Level Leasing" ASC-nin nizamnamə kapitalı 1 milyon manatdan 1 milyon 50 min manata yüksələcəkdir.
Səhmlərin yerləşdirilməsindən əldə olunacaq gəlir dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir. Cəlb ediləcək xalis məbləğ 47 min 340 manat olacaqdır.
2021-ci və 2022-ci illərdə fəaliyyəti olmayan "Level Leasing" ASC 2023-cü ili 422 min manat xalis mənfəət ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkət 8 milyon 757 min manat cəmi aktivlərə, 7 milyon 334 min manat cəmi öhdəliklərə və 1 milyon 422 min manat cəmi kapitala malik olub.
2023-cü ildə "Level Leasing" ASC tərəfindən avtomobil lizinqi üzrə 9 milyon 511 min manat dəyərində 210 sayda, daşınmaz əmlak lizinqi üzrə 130 min manat dəyərində 1 sayda xidmət göstərilib. Şirkət satışdan 1 milyon 265 min manat gəlir götürüb.
"Level Leasing" ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), Rzayeva Elmira Xəlil qızı (19%), Quliyeva Solmaz Hüseyn qızı (19%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%). Şirkətin Müşahidə Şurasının üzvü olan Mənzər Qarayeva Elm və Təhsil Nazirliyinə tabe olan İqtisadiyyat İnstitutunun kiçik elmi işçisidir. Digər 3 səhmdar işləmirlər.
"Level Leasing" ASC-nin Müşahidə Şurasının sədri Quliyev Kamran Vaqif oğlu, İdarə Heyətinin sədri isə Xıdırlı Fəhmin İlqar oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 d. əvvəl
-
16 d. əvvəl
İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir
-
- 25 d. əvvəl
-
29 d. əvvəl
Şirkət sement satışından qazancını səhmdarları ilə bölüşəcək
-
44 d. əvvəl
“ÖzüNET” platformasında gömrük ödənişlərini əvvəlcədən hesablaya bilərsiniz
- 47 d. əvvəl
-
48 d. əvvəl
Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb, 2 milyon tondan artıq məhsul yığılıb
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“FINCA Azerbaijan” 2023-ci ilin maliyyə hesabatını açıqlayıb
-
1 saat əvvəl
"Azərsun" maliyyə vəziyyətini açıqladı - 1,9 milyard gəlir, 58 milyon xalis mənfəət
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![UForex müştəriləri ötən rüb xalis 1 milyon dollar qazanıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/uforeks-uforex.jpg)
UForex müştəriləri ötən rüb xalis 1 milyon dollar qazanıb
![Sumqayıt Kimya Sənaye Parkında yerləşən 2 şirkət birləşir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/birlesme.jpg)
Sumqayıt Kimya Sənaye Parkında yerləşən 2 şirkət birləşir
![“Naxçıvan Bank”ın səhmləri dövriyyədən çıxarılır](/storage/thumbnail/thumbnail/cdn/2022/dekabr/30/naxcivanbank-asc.jpg)
“Naxçıvan Bank”ın səhmləri dövriyyədən çıxarılır
![Azərbaycan və Özbəkistanın mərkəzi bankları anlaşdı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/az-oz-mb.jpeg)
Azərbaycan və Özbəkistanın mərkəzi bankları anlaşdı
![Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ](/storage/thumbnail/thumbnail/cdn/2022/avqust/19/birja_forex-1.jpg)
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar
![“FINCA Azerbaijan” 2023-ci ilin maliyyə hesabatını açıqlayıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/finka.jpg)
“FINCA Azerbaijan” 2023-ci ilin maliyyə hesabatını açıqlayıb
!["Azərsun" maliyyə vəziyyətini açıqladı - 1,9 milyard gəlir, 58 milyon xalis mənfəət](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/abdolbari-gozal.jpg)
"Azərsun" maliyyə vəziyyətini açıqladı - 1,9 milyard gəlir, 58 milyon xalis mənfəət
![Azərbaycanda 10 min manat sərmayə ilə məsləhət şirkəti yaradılıb, ünvanı "Port Baku"dadır](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/konsaltinq.jpg)
Azərbaycanda 10 min manat sərmayə ilə məsləhət şirkəti yaradılıb, ünvanı "Port Baku"dadır
![Azərbaycan neftinin son qiyməti](/storage/thumbnail/thumbnail/cdn/2023/iyun/06/azərbaycan-nefti.jpg)
Azərbaycan neftinin son qiyməti
![Rəsmi məzənnələr açıqlandı](/storage/thumbnail/thumbnail/cdn/2023/sentyabr/13/rubl-valyuta.jpg)
Rəsmi məzənnələr açıqlandı
![“Zəyəm Texnologiyalar Parkı”nın xalis zərəri azalıb](/storage/thumbnail/thumbnail/cdn/2021/Sentyabr-2/07/ztp_zeyem_texnologiyalar_parki.jpg)