Başqa şəxslərin təsərrüfatlara vuduğu zərəri də Aqrar Sığorta Fondu qarşılayır
Azərbaycanda təsərrüfat sahiblərinə ən çox zərər vuran hallardan biri də başqa şəxslərin hərəkətləridir.
Ayrı-ayrı şəxslərin hərəkətləri əkin sahələrinə və meyvə bağlarına zərər vurur, gözlənilən və ya hazır məhsulu məhv edir, məhsuldarlığı azaldır. Heyvandarlıq təsərrüfatlarında isə digər şəxslərin hərəkətləri nəticəsində heyvanlar tələf olur, fermerlərə maddi ziyan dəyir.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları digər hadisələrlə yanaşı, 3-cü şəxsin hərəkətlərindən də qoruyur, belə hadisələr baş verdikdə zərərə düşən fermerlərə sığorta ödənişi verilir.
“Aqrar sığorta Qaydaları”na əsasən “3-cü şəxslərin hərəkətləri” dedikdə insanların və təşkilatların qanuna zidd davranışları nəticəsində əkin sahələrinə, bağçılıq, heyvandarlıq təsərrüfatlarına bilərəkdən və ya təsadüfən zərər vurması nəzərdə tutulur.
Aqrar Sığorta Fonduna 3-cü şəxslərin vurduğu zərərlə bağlı çoxsaylı müraciətlər daxil olur. Bura əkin sahəsinə heyvan salınaraq məhsulun məhv edilməsi və tapdalanması, əkin sahəsinə suyun verilməməsi və ya əksinə, əkin sahəsini su basması, əkin sahəsinin başqa şəxslər tərəfindən biçilməsi, əkin sahəsinə texnikanın daxil olması kimi hallar aiddir.
Heyvandarlıqda isə 3-cü şəxslərin hərəkətləri heyvanların dərmanlar və kimyəvi vasitələrin təsirindən tələf olması, əkin sahələrinin dərmanlanması zamanı heyvanın zəhərlənməsi, heyvanları elektrik cərəyanının vurması aiddir. Bundan başqa, heyvanların maşınla vurulması, daşınma zamanı qəza nəticəsində tələf olması və ya zədələnməsi, heyvanların oğurlanması halları da 3-cü şəxsin hərəkəti kimi qəbul edilir. Əgər təsərrüfat sığortalıdırsa, belə hallara görə Aqrar Sığorta Fondu tərəfindən təsərrüfat sahiblərinə ödəniş edilir.
3-cü şəxsin hərəkətləri nəticəsində dəyən zərərə görə Aqrar Sığorta Fondu fermerlərə dəyən zərəri ödəyir, daha sonra Fond zərər vuran tərəfi məhkəməyə verir və ödənilən məbləği ondan tələb edir. Beləliklə sığortası olan fermer ona dəyən zərərə görə ödəniş almaqla yanaşı, bu hadisəyə görə məhkəmə çəkişməsində iştirak etməli olmur, buna vaxt və resurs sərf etmir.
2023-cü ildə əkin sahələrinə 3-cü şəxslər tərəfindən zərər vurulması ilə bağlı Aqrar Sığorta Fonduna 100-ə yaxın müraciət daxil olub. Bu müraciətlər araşdırılıb, müvafiq dövlət orqanları tərəfindən təsdiqlənib və hadisənin xarakteri, zərərin həcmi müəyyən edilib.
3-cü şəxslərin hərəkəti ilə bağlı ən çox şikayətlər əkin sahəsində heyvan otarılması, texnikalarla əkin sahəsinə daxil olma, əkin sahəsinə su verilməməsi, dərmanlama zamanı əkin sahəsinə zərər vurulması və oğurluq (məhsulun başqa şəxslər tərəfindən gizlicə yığılması) halları ilə bağlıdır.
Nəticədə təsdiqini tapmış sığorta hadisələri üzrə 20 müraciət 3-cü şəxsin hərəkəti kimi müəyyən edilərək Fond tərəfindən fermerlərə 208 min manatdan artıq sığorta ödənişi həyata keçirilib. Bu ödənişlər 335 hektar əkin sahəsini əhatə edib, 3-cü şəxsin hərəkətləri ilə bağlı digər müraciətlərə baxılır.
Aqrar sığorta, ayrı-ayrı məhsulların sığorta qaydaları və şərtləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
15 d. əvvəl
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
- 19 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
-
39 d. əvvəl
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb
- 53 d. əvvəl
-
55 d. əvvəl
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
-
1 saat əvvəl
Mərkəzi Bank yerli ödəniş alətini hazırlayıb, hazırda sınaqları həyata keçirilir
-
1 saat əvvəl
Taleh Kazımov: Kartdan-karta 66 milyard manat köçürülməsi normal deyil
-
1 saat əvvəl
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
Oktyabrın 30-da gözlənilən hava şəraiti
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
Ən çox oxunanlar
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
Mərkəzi Bankın sədri Taleh Kazımovdan mühüm açıqlamalar - "Mərkəzi Bank kart limitlərini dəstəkləyir"
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI


























