İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi hazırlanıb - 89 milyonluq proqnoz
“İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Hazırda həmin fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, sözügedən qanunun praktiki işləmə mexanizmi üçün həmin fərmanla 6 müxtəlif qaydanın hazırlanaraq təsdiq edilməsi ilə bağlı tapşırıqlar verilib:
“Bəzi qaydalar Nazirlər Kabinetinin qərarı şəklində, bəzilərinin isə nazirliyinin kollegiya qərarı kimi təsdiq olunaraq normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində Normativ Hüquqi Aktlar Reyestrinə daxil edilməsi ilə bağlı tapşırıqlar verilib. Eləcə də, 3 qanuna “Sosial sığorta haqqında”, “İnzibati icraat haqqında” və “Məşğulluq Haqqında” qanunlara müvafiq dəyişikliklər olunmalıdır. Hazırda tərəfimizdən bu qanunların layihələri hazırlanır və tezliklə yekunlaşaraq təsdiq ediləcək. Qanunlara ediləcək dəyişikliklər müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə, daha sonra isə Prezident Administrasiyasına təqdim olunacaq. Hazırda bu proses gedir və yanvar ayının 1-nə qədər bunların hamısı bitəcək”.
Nazir bildirib ki, artıq nazirlik İşsizlikdən Sığorta Fondunun büdcə layihəsini də tərtibi prosesini yekunlaşdırıb. Onun sözlərinə görə, həmin layihədə ilkin hesablamalara görə 2018-ci il ərzində təqribən 89 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur:
“Ondan 36 milyon manata yaxın vəsaitin, yəni hazırda istifadə olunan vəsaitdən 6 dəfə çox məbləğin özünüməşğulluq proqramlarının, aktiv məşğulluq proqramlarının icrasına yönəldilməsi nəzərdə tutulur. Bu isə onu göstərir ki, bu layihənin reallaşdırılması yolu ilə təqribən hazırda özünüməşğulluq proqramına cəlb edilənlərdən 6 dəfə çox ailənin, yəni təqribən 8000-8500 ailənin bu proqrama cəlb ediləcəyini göstərir. Ümumilikdə hər il 5-10 minə yaxın ailə bu prosesə cəlb olunacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR

























