Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

5 bankda xüsusi ehtiyatlara ayırmalar 15 milyon manatdan çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 bankda  xüsusi ehtiyatlara ayırmalar 15 milyon manatdan çoxdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin hər birinin xüsusi ehtiyatlara ayırmaları 15 milyon manatdan çox olub.

Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 93,8 milyon manat), “Kapital Bank” (84,9 milyon manat), “Unibank” (27,7 milyon manat), “Turan Bank” (19,8 milyon manat) və “PAŞA Bank”dır (17,6 milyon manat).

Qalan 17 bankdan 1-də xüsusi ehtiyatlara ayırmalar 10-15 milyon manat arasında, 11 bankda isə 10 milyon manatdan az olub. 5 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb, başqa sözlə qənaət edib. Qənaətin ən yüksək həddi “Xalq Bank”da (5,3 milyon manat, ən aşağı həddi isə “Bank VTB Azərbaycan”da (0,6 milyon manat) qeydə alınıb.

Son 1 ildə 22 bankdan 10-nun xüsusi ehtiyatlara ayırmaları artıb. Ən yüksək dinamika “Bank BTB”də (4,9 dəfə), ən aşağı dinamika isə ABB-də (5,8%) qeydə alınıb.

4 bankın isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Bank Avrasiya”da (89,8%), ən az azalma isə “Unibank”da (19,7%) qeydə alınıb.

2 bank – “Xalq Bank və “Bank VTB Azərbaycan” xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti artırıb (müvafiq olaraq 3,3 dəfə və 35,2%), 2 bank – İran Milli Bankının Bakı filialı və “Bank of Baku” isə xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti azaldıb (müvafiq olaraq 51,1% və 54,3%). 3 bank – “Yelo Bank”, “Premium Bank” və “Azərbaycan Sənaye Bankı” xüsusi ehtiyatlara qənaətdən ayırmalara keçib, 1 bank – “AFB Bank” isə xüsusi ehtiyatlara ayırmalardan qənaətə keçib.

Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Yurd.Media 

13.11.2025 11:46
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18