970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Prezident 43 milyon manatlıq mineral daş yunu zavodunu işə saldı

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident 43 milyon manatlıq mineral daş yunu zavodunu işə saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat-A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gipsəsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev “Matanat-A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış olub. Bildirilib ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlətimizin başçısı zavodu işə salıb.

Prezident İlham Əliyev Matanat-A AZWOOL mineral daş yunu zavodu Qaradağ rayonu zavod açılışı mineral daş yunu istehsalı tikinti materialları istilik izolyasiyası səs izolyasiyası ekoloji təmiz məhsullar yerli istehsal sənaye inkişafı qeyri-neft sektoru investisiya layihələri Mikayıl Cabbarov Elxan Bəşirov Azərbaycan Biznesinin İnkişafı Fondu 43 milyon manat investisiya 10 milyon manat güzəştli kredit investisiya təşviqi sənədi yerli xammal ixrac potensialı Made in Azerbaijan istehsal müəssisələri sənaye müəssisələri iş yerlərinin yaradılması iqtisadi inkişaf enerji qənaəti regional ixrac tikinti sektoru Azərbaycan sənayesi.
27.11.2025 12:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18