Azərbaycan fondu soyutma şirkətində pay aldı
ARDNF və Ərəb Enerji Fondu “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “PAL Cooling Holding”ə sərmayə yatırıbAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb.
Bu barədə Marja.az-a ARDNF-dən bildirilib.
Qeyd edilib ki, “TAEF” və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb. “TAEF” və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.
2025-ci ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri “CVC”-nin infrastruktur strategiyası olan “CVC DIF” və “Tabreed” dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan “PAL Cooling Holding”in alınması ilə bağlı razılığa gəlib. Beləliklə, “CVC DIF” və “Tabreed” tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə “PAL” şirkəti 50/50 faizlik pay bölgüsü əsasında əldə olunub, sövdələşmənin kapital dəyəri isə təxminən 3,8 milyard BƏƏ dirhəmi təşkil edib.
“PAL Cooling Holding” Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. “PAL” ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.
“TAEF” və ARDNF-nin “CVC DIF” ilə birgə əməkdaşlığı kapital imkanları və sahə üzrə dərin təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək “PAL”ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.
“Tabreed” isə “CVC DIF” ilə birgə müəssisədə 50 %-lik payını saxlayaraq mərkəzləşdirilmiş soyutma sahəsindəki geniş təcrübəsini layihəyə cəlb edir. 1998-ci ildə təsis edilən “Tabreed” BƏƏ-də bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biridir, “Dubai Financial Market”-də listinqdədir və hazırda altı ölkədə 99 obyektə sahib olmaqla onları idarə edir.
“TAEF”in baş icraçı direktoru Xalid Al-Ruvey bildirib: ““PAL” layihəsi üzrə bu əhəmiyyətli investisiya çərçivəsində “CVC” və Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlıq etməkdən məmnunuq. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayır və biz əməliyyat baxımından yüksək göstəricilərə malik bir platformaya dəstək veririk. Bu əməkdaşlıq “TAEF”-in uzunmüddətli dəyər və real təsir yaradan keyfiyyətli investisiya platformalarına və tərəfdaşlıqlara yönəlmiş strateji yanaşmasını əks etdirir.”
ARDNF-nin İcraçı direktorunun müavini Rövşən Cavadov qeyd edib:
“Bu mühüm layihədə iştirakımız ARDNF-nin Birləşmiş Ərəb Əmirliklərinə və ümumilikdə Körfəz regionuna olan strateji marağının bariz göstəricisidir. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinə əsaslanan müasir şəhərsalmanın vacib tərkib hissəsidir və bu investisiya transmilli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də strateji tərəfdaşlıqların qurulması ilə bağlı məqsədlərimizə xidmət edir. Etibarlı tərəfdaşlarla birlikdə, regionun daha geniş dayanıqlılıq hədəflərinə töhfə verən konsorsium çərçivəsində Əbu-Dabidə investisiya fəaliyyətimizi genişləndirməkdən məmnunuq.”
“CVC DIF”-in investisiya üzrə direktoru və partnyoru Allard Ruis bildirib:
“ARDNF və “TAEF” ilə qurduğumuz bu tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq “CVC”nin regiona, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə olan uzunmüddətli öhdəliyi və ölkə üzrə inkişafı dəstəkləyən bizneslərə investisiya strategiyası ilə tam uzlaşır. “PAL Cooling” yüksək keyfiyyətli investisiya layihəsidir və bütün investorlarımız üçün sabit gəlirlilik təmin etməklə yanaşı, uzunmüddətli artım və dayanıqlı dəyər yaradılması baxımından da əhəmiyyətli potensiala malikdir.”
Ərəb Enerji Fondu haqqında
Ərəb Enerji Fondu (“TAEF”) Yaxın Şərq və Şimali Afrika regionunda enerji və kommunal xidmətlər sahəsində fəaliyyət göstərən çoxtərəfli maliyyə institutudur. Fond 1974-cü ildə neft ixrac edən on ərəb ölkəsinin təşəbbüsü ilə təsis edilib. “TAEF” regionun enerji sektorunun inkişafını dəstəkləmək məqsədilə kredit və pay iştirakı alətləri vasitəsilə maliyyələşdirmə həyata keçirir. Fondun fəaliyyəti enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, dayanıqlı enerji həllərinin təşviqinə, eləcə də “MENA” regionunda yerli dəyər zəncirlərinin və xidmətlərin genişləndirilməsinə yönəlib. Fond 35-dən artıq bazarda dövlət və özəl sektorun aparıcı tərəfdaşları ilə əməkdaşlıq edir və enerji dəyər zəncirinin bütün mərhələlərini əhatə edən kompleks maliyyə həlləri təqdim edir. “TAEF” fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) prinsiplərini əsas götürür. Ətraf mühit və sosial yönümlü layihələr Fondun 5,8 milyard ABŞ dolları həcmində kredit portfelinin təxminən 20 faizini təşkil edir. Ərəb Enerji Fondu “MENA” regionunda yalnız enerji sektoruna fokuslanan və beynəlxalq kredit reytinqlərinə malik yeganə maliyyə institutudur. Fond “Moody’s” tərəfindən “Aa2”, “Fitch” tərəfindən “AA+”,” S&P” tərəfindən isə “AA-” reytinqləri ilə qiymətləndirilib.
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
“CVC DIF” haqqında
“CVC DIF” qlobal miqyasda orta bazar seqmentində infrastruktur üzrə fəaliyyət göstərən aparıcı özəl kapital fond meneceridir. 2005-ci ildə təsis olunan və baş ofisi Niderlandın Amsterdam şəhərində yerləşən “CVC DIF” hazırda enerji keçidi, nəqliyyat, kommunal xidmətlər və rəqəmsallaşma sahələrində təxminən 19 milyard avro həcmində infrastruktur aktivlərini idarə edir. 12 ölkədə yerləşən ofislərində 250-dən çox əməkdaşı olan şirkət qlobal fəaliyyətini güclü yerli şəbəkələr, eləcə də sahə üzrə ixtisaslaşmış investisiya imkanları ilə birləşdirən unikal bazar yanaşması təklif edir. “CVC DIF” qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri olan “CVC”-nin infrastruktur strategiyasını təşkil edir. Bu tərəfdaşlıq “CVC DIF”ə “CVC”nin altı qitədə yerləşən 30 ofisi vasitəsilə formalaşmış geniş qlobal platformasından faydalanmaq imkanı yaradır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 17 d. əvvəl
-
24 d. əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 52 d. əvvəl
-
56 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 59 d. əvvəl
-
59 d. əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti





















