12 bankın xalis mənfəəti azalıb
2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin (xalis) mənfəəti 50 milyon manatdan çox olub.
Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (335,7 milyon manat), “Kapital Bank” (315 milyon manat), “PAŞA Bank” (148,9 milyon manat), “Xalq Bank” (61,1 milyon manat) və “Bank Respublika”dır (60,6 milyon manat).
Qalan 17 bankdan 9-da (xalis) mənfəət 10-50 milyon manat arasında, 7 bankda 1-10 milyon manat arasında olub, 1 bank – “Bank BTB” isə ötən ili zərərlə başa vurub.
Son 1 ildə 22 bankdan 9-nun (xalis) mənfəəti artıb. Ən yüksək dinamika “Kapital Bank”da (68,9%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı”nda (2,7%) qeydə alınıb.
12 bankın xalis mənfəəti isə azalıb. Ən çox azalma “Azər-Türk Bank”da (52,5%), ən az azalma isə “Bank VTB Azərbaycan”da (4,5%) qeydə alınıb. Diqqət çəkən məqam aparıcı 10 bankdan 4-də xalis mənfəətin azalması olub: “PAŞA Bank” - 29,3%, “Xalq Bank” - 7,1%, "Access Bank" - 9,3% və Yelo Bank - 27,8%.
“Bank BTB”nin isə zərəri 51,8% azalıb.

© YurdMedia
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub




























