Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilir.

Marja xəbər verir ki, Fevralın 25-dən fəaliyyətə başlayacaq Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edəcək.

Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.

Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 AZN müəyyən edilib.

Qeyd edək ki, hazırda sərnişinlər Laçına səfər etmək üçün Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysindən istifadə edirlər. Yeni Bakı-Laçın reysi istifadəyə verildikdən sonra Bakı-Xankəndi-Laçın reysiartıq Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək və son məntəqə Şuşa şəhəri təyin ediləcək.

İş elanları AzVak.az-da

Bakı-Şuşa müntəzəm avtobus reysi, hazırda olduğu kimi, gündə 2 dəfə həyata keçiriləcək. Belə ki, reys üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Şuşaya saat 07:00 və 11:00, əks istiqamətdə isə 17:00-da və növbəti gün saat 09:00-da yola düşəcək. Məlumat üçün bildirək ki, reyslər üzrə avtobusların Şuşa şəhərindən və digər aralıq məntəqələrdən çıxış vaxtlarında dəyişiklik edilməyib.

Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bakı-Laçın müntəzəm avtobus reysi Laçın-Həkəri-Zəngilan yolu Bakı Beynəlxalq Avtovağzal Kompleksi gedişhaqqı aralıq məntəqə Ağalı kəndi Bakı-Xankəndi-Laçın reysi Bakı-Şuşa reysi Şuşa şəhəri sərnişin nəqliyyatı onlayn bilet platforması biletim.az işğaldan azad olunmuş ərazilərə nəqliyyat xidməti ictimai nəqliyyat inkişafı Azərbaycan nəqliyyat infrastrukturu
19.02.2026 12:17

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18