AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci rüb üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank, 2026-cı ilin 1-ci rübün nəticələrinə görə 13 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2025-ci ilin 1-ci rübündə 10 milyon manat təşkil etmişdi. 2026-cı ilin 1-ci rüb ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 5.9% və ya 13.8 milyon artaraq 248.2 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 5.0 dəfə çoxdur.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Kredit portfeli 13.1% və ya 155.1 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 milyard 341.3 milyon manat təşkil edib.
- Kredit portfelinin 76.0%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1 milyard 19.5 milyon manatdır.
- Depozit portfeli 3.4% və ya 36.4 milyon manat artıb və hesabat dövrün sonuna 1 096.5 milyon manat təşkil edib.
- Eyni zamanda, AccessBank cari ilin 1-ci rübündə beynəlxalq nüfuzlu xarici kreditorlardan 46.8 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.
- Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% çoxdur.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8% artaraq 69.5 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 4.8 milyon artaraq 41.0 milyon manat təşkil edir.
- Əlavə olaraq, rüb ərzində qeyri-faiz gəlirləri 4.4 milyon manat olub.
- Nəticədə, Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci rübündə 19.9 milyon manata çatıb.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 88.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.9 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
2 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
10 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb























