970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Reklam_3_11

Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb.

Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.

İş elanları AzVak.az-da

Prezident İlham Əliyev İlham Əliyev Mərkəzi Bank Azərbaycan Mərkəzi Bankı AMB Mərkəzi Bankın yeni binası Mərkəzi Bankın inzibati binası Mərkəzi Bank binasının açılışı Taleh Kazımov Heydər Əliyev prospekti yeni inzibati bina Bakıda yeni bina 35 mərtəbəli bina Mərkəzi Bank sərgisi milli pul nişanları Azərbaycan manatı pul nişanlarının tarixi pul nişanlarının dizaynı pul nişanlarının mühafizə elementləri müasir şəhərsalma yüksək funksionallıq qabaqcıl texnologiyalar konfrans zalı mətbuat zalı təlim otaqları toplantı otaqları
03.06.2026 12:00
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19