Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq
İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Qarabağda istehsal qurmaq istəyən sahibkarlara yeni güzəştlər.İşğaldan azad edilmiş ərazilərdə idxalı vergi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
Marja.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.
Dəyişikliklərlə güzəşt tətbiq olunan yeni iqtisadi fəaliyyət sahələri:
•Əczaçılıq məhsullarının istehsalı;
•Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;
•Üzümdən şərab istehsalı;
•Elmi tədqiqat və işləmələr;
•Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;
•Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;
•Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;
Güzəşt tətbiq olunan müvafiq fəaliyyət sahələri və bu sahələr üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların ümumi siyahısı ilə bu linkdən tanış olmaq olar. Qeyd edək ki, güzəştlər yalnız siyahıda göstərilmiş iqtisadi fəaliyyət sahələrinə tətbiq edilir.
Güzəştlərin tətbiq dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi-tədqiqat kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.
Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki (ünvan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 155) və elektron formada ([email protected]) İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Müştərilərin xəbərləri
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 7 d. əvvəl
-
18 d. əvvəl
Satışdakı avtomobillərin 40%-nin qiyməti endirilib – Bazarda son vəziyyət
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
-
2 saat əvvəl
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
-
2 saat əvvəl
"Böyük Britaniya Azərbaycanda Avropanın ən böyük investorudur"
-
4 saat əvvəl
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Noyabrın 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®





















