“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
Xəzər dənizində yeni seysmik kəşfiyyat işlərinə start verilib – “Qoşadaş” strukturu araşdırılır."Caspian Geo" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" perspektiv strukturunda 3D OBN ("Ocean Bottom Node", Dəniz Dibi Nodlar) metodundan istifadə etməklə seysmik kəşfiyyat işlərinə başlayıb.
Bu barədə "SOCAR Exploration" şirkətinin idarəedici direktoru Kamran Zahid öz sosial şəbəkə hesablarında paylaşım edib.
Qeyd olunan işlərin sifarişçisi "SOCAR Exploration" şirkətidir.
K.Zahidin sözlərinə görə, bu, xaricdə uğurla başa çatdırılmış iki çəkilişdən sonra, son 12 ay ərzində şirkətin rəhbərliyi altında həyata keçirilən üçüncü seysmik kəşfiyyat layihəsidir.
"İşlərin aparılması prosesində əldə edilən yeni məlumatlar perspektiv obyektlərin kompleks qiymətləndirilməsini həyata keçirməyə imkan verəcək və gələcək axtarış-kəşfiyyat quyularının planlaşdırılması üçün baza olacaq", - o qeyd edib.
Xatırladaq ki, "Qoşadaş" perspektiv strukturu Abşeron arxipelaqından şimal-qərbdə, Xəzər dənizində Azərbaycanın kontinental şelfində, sahildən təxminən 15 km məsafədə yerləşir. Bu zonada dənizin dərinliyi 10 metrdən 50 metrə qədər dəyişir. Məlumdur ki, 1957-1977-ci illər ərzində bu ərazidə artıq seysmik tədqiqatlar həyata keçirilib.
"SOCAR Exploration" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili və beynəlxalq geoloji kəşfiyyatın aparılması, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və kommersiya fəaliyyəti üçün cavabdeh olan bölməsidir.
Müştərilərin xəbərləri
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 7 d. əvvəl
-
18 d. əvvəl
Satışdakı avtomobillərin 40%-nin qiyməti endirilib – Bazarda son vəziyyət
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
-
2 saat əvvəl
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
-
2 saat əvvəl
"Böyük Britaniya Azərbaycanda Avropanın ən böyük investorudur"
-
4 saat əvvəl
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Noyabrın 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
























