Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarır və risklərin daha dolğun qiymətləndirilməsinə imkan yaradır.
Azərbaycanın bank, mikromaliyyə və fintek sektoru nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni həllin imkanları, risklərin idarə olunmasında məlumat əsaslı yanaşmaların rolu və maliyyə inklüzivliyinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Yeni həll ənənəvi skorinq modellərini əvəz etmir, onları əlavə davranış göstəriciləri ilə zənginləşdirir. Süni intellekt texnologiyalarından istifadə etməklə müştərilərin ödəniş davranışlarını təhlil edən sistem maliyyə institutlarına risklərin qiymətləndirilməsi və daha əsaslandırılmış qərarların qəbul edilməsi üçün əlavə analitik imkanlar verir.
AzərikardProsessinqMərkəzininBaş direktoruFəridQuliyevbildirib:
“Məqsədimiz ödəniş ekosistemində formalaşanməlumatları maliyyə sektoru üçünrealdəyərə çevirməkdir. Mastercard-labirgə hazırladığımızbuhəllqabaqcılanalitikavə əlavə dəyəryaradantexnolojixidmətlərininkişafında növbətiaddımdır. İnanırıqki, buyenilik maliyyə institutlarınındahaəsaslandırılmış qərarlarqəbuletməsinə və ölkəmizdə maliyyə xidmətlərinininkişafınatöhfə verəcək”.
Mastercard-ınTürkiyə və Azərbaycan üzrə Baş direktoruOnurFaydacı qeydedib:
“Rəqəmsal ödənişləringenişlənməsimüştərilərinmaliyyə davranışlarını dahayaxındananlamaq üçünyeniimkanlaraçır. Azərikard-la əməkdaşlığımız çərçivəsində hazırlanmış bu innovativ həll maliyyə institutlarına daha əhatəli analitik məlumatlar təqdim etməklə risklərin idarə olunmasını təkmilləşdirməyə, maliyyə inklüzivliyinin genişlənməsinə dəstək olacaq”.
Tədbir çərçivəsində Azərikard-la Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Rabitəbank arasında əməkdaşlıq memorandumları da imzalanıb.
Memorandumlar yeni texnoloji həllin tətbiq imkanlarının araşdırılması, maliyyə ekosistemində tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və məlumat əsaslı maliyyə xidmətlərinin inkişafı üçün əməkdaşlıq çərçivəsi yaradır.
Yeni həll və tərəfdaşlıqlar Azərikardın ödəniş infrastrukturu sahəsindəki təcrübəsini qabaqcıl analitik texnologiyalarla birləşdirərək maliyyə sektoru üçün əlavə dəyər yaradan xidmətlərin inkişafına verdiyi önəmi nümayiş etdirir.
Müştərilərin xəbərləri
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 7 d. əvvəl
-
18 d. əvvəl
Satışdakı avtomobillərin 40%-nin qiyməti endirilib – Bazarda son vəziyyət
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
-
2 saat əvvəl
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
-
2 saat əvvəl
"Böyük Britaniya Azərbaycanda Avropanın ən böyük investorudur"
-
4 saat əvvəl
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Noyabrın 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®






















