“PAŞA Sığorta”-nın kredit reytinqi yenilənib - MÜSAHİBƏ
A.M. Best Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidmətləri Agentliyi “PAŞA Sığorta ASC”-nin kredit reytinqlərini yeniləyib. Agentlik PAŞA Sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini “B+”, Uzunmüddətli Kredit Reytinqi isə “bbb-” olaraq dəyərləndirib. Bu mövzunun daha ətraflı şərh edilməsi üçün PAŞA Sığortra şirkətinin İdarə Heyətinin üzvü, Maliyyə Blokunun rəhbəri Murad Suleymanova müraciət etdik.
- Murad müəllim, bir müddət əvvəl “A.M. Best” reytinq agentliyi “PASHA Insurance” sığorta şirkətinin reytinqini təsdiq edib. Siz şirkətin hazırkı reytinqlərini necə qiymətləndirirsiniz?
- “A.M. Best” reytinq agentliyi (agentlik) PAŞA Sığorta ASC-in (şirkət) maliyyə sabitliyi və emitentin kredit reytinqlərini təsdiq edib.
Maliyyə sabitliyi reytinqi özündə sığortaçının maliyyə sabitliyini və gələcəkdə yaranacaq sığorta öhdəliklərinin icra edilməsi qabiliyyətini əks etdirən müstəqil rəydir. Hal-hazırda agentlik PAŞA Sığortanın maliyyə sabitliyini B+ (yaxşı) olaraq dəyərləndirir. Bu PAŞA Sığortanın kifayət qədər maliyyə dayanıqlığına və sığorta öhdəliklərinin qarşılanması qabiliyyətinə malik olmasını göstərir.
Agentlik tərəfindən təsdiq edilmiş ikinci reytinq emitentin kredit reytinqi adlanır ki, bu reytinq şirkətin cari maliyyə öhdəliklərini icra etmək qabiliyyətini əks etdirir. Agentlik PAŞA Sığortanın bu reytinqini bbb- (yaxşı) olaraq dəyərləndirib ki, bu da şirkətin cari maliyyə öhdəliklərinin qarşılanmasını qabiliyyətinin yaxşı olması mənasını daşıyır.
Xülasələşdirsək, çətin bir ilin keçməsinə baxmayaraq agentlik PAŞA Sığortanın reytinqlərini dəyişməz olaraq saxlamışdır və bu reytinqlər üzrə proqnozu “stabil” olaraq qeyd etmişdir ki, bütün bunları müsbət qiymətləndiririk.
- “A.M. Best” sığorta şirkətləri üçün ən nüfuzlu reytinq agentliyi hesab olunur. Agentlik bu səviyyədə reytinqlərin əldə olunması üçün sığorta şirkətləri qarşısında hansı şərtləri qoyur?
- Bəli, haqlısınız. Əsası 1899-cu ildə ABŞ-da qoyulmuş “A.M. Best” reytinq agentliyi məhz sığorta sektorunda ixtisaslaşıb və günümüzdə bu sektorda fəaliyyət göstərən ən nüfuzlu agentlik hesab olunur. Ümumiyyətlə reytinqin təhlil prosesində agentlik tərəfindən hər hansı şərtlər qoyulmur, təhlil zamanı mikro və makro iqtisadiyyat nəzərə alınmaqla sığorta şirkətləri 4 müstəvidə qiymətləndirilir:
- Maliyyə dayanıqlığı
- Biznes profili
- Əməliyyat göstəriciləri və nəticələri
- Risklərin İdarəolunması prosesləri (“ERM”)
Agentlik şirkətimizi qeyd olunmuş müstəvilərdən təhlil edərkən, onun güclü maliyyə dayanıqlığına, xüsusilə çox güclü kapital bazası və təkrarsığorta təminatına sahib olmasını, güclü əməliyyat göstəricilərini, biznes profili və qənaətbəxş risklərin idarəedilməsi proseslərinə sahib olması qənaətinə gəlmişdir.
- Bazarın hazırkı vəziyyətində reytinqi saxlamaq çətin olmurmu?
- Əlbəttə ki, sığorta sektorunda və iqtisadiyyatda baş verən volatillik sığorta və investisiya fəaliyyəti üzrə göstəricilərin aşağı düşməsi, makroiqtisadi risklərin artması və s. nəticələnir ki, bu da öz növbəsində şirkətlərin reytinqinə mənfi təsir edir. Biz bu təsirləri minimallaşdırmaq üçün bir sıra tədbirlər görmüşük ki, bunlara investisiya portfelimizin və təkrarsığorta təminatımızın keyfiyyətinin artırılması, sığorta portfelinin diversifikasiyası, müştəri məmnuniyyətinə diqqətin daha da yüksəldilməsi, xərclərin optimallaşdırılması, daxili proseslərin yenilənməsi, risklərin idarəolunması mexanizmlərinin inkişafı kimi tədbirləri misal göstərə bilərik.
- “PAŞA Sığorta”nın digər agentliklərdən reytinq əldə etməyi planlaşdırırmı?
- Artıq ikinci ildir ki, “A.M. Best” ilə əməkdaşlıq edirik və agentlik tərəfindən təqdim olunan reytinqlər partnyorlarımız tərəfindən rahatlıqla anlaşılır və qəbul olunur. Həmçinin nəzərə alsaq ki, “A.M. Best” kimi məhz sığorta sektorunda ixtisaslaşmış və nüfuzlu alternativ reytinq agentliyi demək olar ki, mövcud deyil, hazırki mərhələdə digər reytinq agentlikləri ilə əməkdaşlığı düşünmürük.
- Son olaraq öyrənmək istərdik, reytinqlərin gələcəkdə artması üçün şirkət hansı addımları planlaşdırır?
- Şirkətin reytinqinin inkişaf etdirilməsi üçün gələcəkdə əvvəlki sualda qeyd olunanların inkişaf etdirilməsindən əlavə olaraq, şirkətin 2018-2020 biznes strategiyasının müvəffəqiyyətlə icrası, risklərin idarəolunması mədəniyyətinin və mexanizmlərinin daha da inkişaf etdirilməsi (məsələn, davamlı müvafiq təlim-tədris işlərinin aparılması, risk limitlərinin geniş tətbiqi və s.) kimi tədbirlər görüləcək.
© Trend
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
3 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
4 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
4 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
4 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)












