“PAŞA Holdinq” sığorta bazarında liderliyini qoruyub
“PAŞA Həyat Sığorta” şirkəti 2018-ci ilin yanvar-aprel aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 108 mln. 802,2 min manat və ya yanvar-aprel aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 36,1%-i həcmində sığorta haqqı toplayıb.
“PAŞA Həyat Sığorta” həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə lider olub. İkinci yerdə "Atəşgah Həyat" (17 mln. 396,8 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (5 mln. 283,3 min manat) qərarlaşıb.
Cari ilin yanvar-aprel aylarında qeyri-həyat sığortası seqmentində "PAŞA Sığorta" şirkəti sığorta haqlarının yığım həcminə (70 mln. 927,8 min manat) görə lider olub.
Hesabat dövründə bu seqmentdə toplanmış sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Azərsığorta" (31 mln. 925,3 min manat), “Meqa Sığorta” (12 mln. 461,3 min manat), "Atəşgah" (10 mln. 906,7 min manat) və “İpək Yolu Sığorta” (7 mln. 159 min manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 87,9%-i və ya 264 mln. 862,4 min manat bu 8 şirkətin payına düşüb.
Yanvar-aprel aylarında sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 18 mln. 343,1 min manat və ya sığortaçıların bütün ödənişlərinin 23,4%-ni təşkil edib.
“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub.
Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (6 mln. 357,2 min manat), "Azərsığorta" (5 mln. 45,3 min manat), “AXA-Mbask” (3 mln. 195,5 min manat) və “AzSığorta” (3 mln. 22,9 min manat) daxil olub.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə (17 mln. 926,6 min manat) görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (7 mln. 834,5 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (6 mln. 410 min manat) qərarlaşıb.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 86,8%-i və ya 68 mln. 135,1 min manat bu 8 şirkətin payına düşüb.
2018-ci il aprel ayının sonuna bazarda fəaliyyət göstərən 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.
min manatla)
№ | Sığortaçının adı | Sığorta Haqları 2017-ci ilin yanvar-aprel ayları | Sığorta Haqları 2018-ci ilin yanvar-aprel ayları | +artım/-azalma |
1 | “Amrah Sığorta” | 9 min 234 | 77 min 800 | + |
2 | “A-Qroup Sığorta Şirkəti” | 1 milyon 786 min | 2 milyon 174 min | + |
3 | “AtaSığorta” | 3 milyon 57 min | 6 milyon 141min | + |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 10 milyon 892 min | 17 milyon 397 min | + |
5 | “Atəşgah” Sığorta Şirkəti | 10 milyon 853 min | 10 milyon 907 min | + |
6 | “AXA MBASK” Sığorta Şirkəti | 8 milyon 20 min | 6 milyon 877 min | - |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 9 milyon 528 min | 31 milyon 925 min | + |
8 | “Azərbaycan Sənaye Sığorta” | 1 milyon 394 min | 2 milyon 777 min | + |
9 | “AZSIĞORTA” | 7 milyon 378 min | 5 milyon 346 min | - |
10 | “Bakı Sığorta” | 374 min | 267 min | - |
11 | “Günay Sığorta” | 3 milyon 568 min | 2 milyon 590 min | - |
12 | “İpək Yolu Sığorta” | 7 milyon 970 min | 7 milyon 159 min | - |
13 | “Meqa Sığorta” | 6 milyon 971 min | 12 milyon 461 min | + |
14 | "Naxçıvansığorta" | - | 85.2 min |
|
15 | “Paşa Həyat Sığorta” | 52 milyon 408 min | 108 milyon 802 min | + |
16 | “Paşa Sığorta” | 53 milyon 372 min | 70 milyon 923 min | + |
17 | “Qala Həyat” Sığorta Şirkəti | 5 milyon 785 min | 5 milyon 283 min | - |
18 | “Qala Sığorta” | 2 milyon 931 min | 4 milyon 766 min | + |
19 | “Rəvan Sığorta” | 141 min 734 | 388.3 min | + |
20 | “Standard Insurance” | 5 milyon 525 min | 2 milyon 393 min | - |
21 | “Xalq Sığorta” Açıq | 2 milyon 186 min | 2 milyon 674 min | + |
| YEKUN | 194 milyon 172 min | 301 milyon 419 min | + |
© İnterfax-Azərbaycan, Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












