Bakının ən ağıllı evi Fərid Pərdəşünasın təqdimatında! [VİDEO]
(®) Texnologiyanın inkişafı ilə əldə olunmuş mükəmməl nəticələrdən biri də ağıllı ev nümunələridir. İllərdir Amerikada və inkişaf etmiş Avropa ölkələrində geniş yayılmış ağıllı ev trendi artıq Azərbaycanda da tətbiq olunmağa başlayıb.
Ağıllı ev – Evin bütün funksiyalarının vahid bir platformadan (tətbiqdən) avtomatlaşdırılmış şəkildə idarəetməsidir. Məsələn, işıqların söndürülüb-yandırılması, nəfəsliklərin açılması, evin isidilməsi, pərdələrin idarəsi, kameralarla nəzarət, təhlükəsizlik və s.
Həyatımızı asanlaşdıran texnologiyalar evimizdə demək olar ki, bütün işləri görməyi bacarır. Yaxşı xəbər odur ki, Azərbaycan da artıq öz ağıllı ev texnologiyalarının istehsalına başlayıb. Bu yeni texnologiyalar və tətbiqetmələr imkan verir ki, evin idarə edilməsi məsafədən asılı olmayaraq asan və rahat bir şəkildə həyata keçirilsin. “ELSMART” brendi adı altında “Smart Home” şirkəti artıq Azərbaycanda ağıllı ev texnologiyalarının tətbiqinə başlayıb. Şirkətin istifadə etdiyi texnologiyalar isə təmamilə yerli istehsaldır.

Qeyd edək ki, bugünə qədər Azərbaycanda əsasən xaricdən idxal edilən ağıllı ev sistemləri quraşdırılırdı. Yerli istehsal sistemləri və tətbiqləri isə heç də xarici brendlərdən geri qalmır və hətta bəzi funksional göstəricilərinə görə onları qabaqlayır.
Artıq Bakıda bir neçə böyük layihəyə imza atan “Smart Home” şirkəti növbəti ağıllı ev layihəsini mediaya açıq bir şəkildə təqdim edib. Bu dəfə texnobloqqer Fərid Pərdəşünas tam avtomatlaşdırılmış sistem ilə təmin edilmiş evin qonağı olub və idarəetmə ilə yaxından tanış olub. Aşağıda yerləşdirilmiş video vasitəsilə Azərbaycan brendinin nələrə qadir olduğunu izahlı bir şəkildə izləyə bilərsiniz.
Əlavə olaraq siz də evinizi tam avtomatlaşdırılmış bir sistem ilə təchiz etmək və ağıllı evə sahib olmaq istəyirsinizsə “Smart Home” şirkəti ilə əlaqə yarada bilərsiniz. (+994 12 555 21 27), daha ətraflı məlumat üçün isə agilliev.az elsmart.az saytlarını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























