Maaşını həyat sığortasına köçürənlər sürətlə artır - VERGİ SİZƏ QALIR
2018-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 235 milyon 20 min manat, icbari həyat sığortası üzrə 27 milyon 996 min manat sığorta haqları toplanıb (cəmi 263 milyon 16 min manat).
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 194 milyon 168 min manatı və ya 82,6%-i həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2017-ci ilin 9 ayı ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 95 milyon 496 min manat və ya təxminən 2 dəfə artıb.
Cari ilin 9 ayı ərzində həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 79 milyon 325 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 87 milyon 197 min manat təşkil etmişdi.
Həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 69% artıb. Belə ki, ötən ilin 9 ayı ərzində toplanmış sığorta haqları 24 milyon 95 min manat ikən, bu ilin eyni dövründə 37 milyon 960 min manata yüksəlib.
2018-ci ilin yanvar-sentyabr dövründə əmək qabiliyyətinin sığortası üzrə 2 milyon 644 min manat, sağalmaz xəstəliklərdən sığorta üzrə isə 246 min manat sığorta haqqı toplanıb.
İcbari həyat sığortası (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə toplanmış sığorta haqları isə 3,5% azalaraq 27 milyon 996 min manata düşüb. Ötən ilin 9 ayı ərzində icbari həyat sığortası üzrə 28 milyon 332 min manat sığorta haqqı toplanmışdı.
ƏMƏK HAQQINI YAŞAM SIĞORTASINA KÖÇÜRƏNLƏR ARTIR
3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır. Bu səbəbdən Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır. Bu sığortanı alanlara sərfəli şərlərlə kredit də təklif olunur.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır.Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR?
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
19 d. əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
23 d. əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 25 d. əvvəl
-
26 d. əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
- 37 d. əvvəl
-
49 d. əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
1 saat əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Ən çox oxunanlar
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir


























