Bu xidmətləri yalnız “ASAN” göstərəcək - SİYAHI
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
“ASAN” tərəfindən həyata keçiriləcək xidmətlərin siyahısını təqdim edirik:
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;
- daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
- mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;
- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi;
- hərbi qeydiyyatla bağlı:
- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;
- vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;
- vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;
- həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;
- vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;
- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu;
- qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı:
- qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;
- qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;
- qida təhlükəsizliyi sertifikatının verilməsi;
- Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 4 d. əvvəl
-
6 d. əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
55 d. əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
1 saat əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
-
1 saat əvvəl
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Rəsmi məzənnələr açıqlandı
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
Ən çox oxunanlar
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®























