Bu sığorta növü ailənizi çətin günlərdən sığortalamaqla yanaşı – PUL DA QAZANDIRIR
Həyat sığortası - Bu sığortanın bir növüdür. Hansı ki, həyatınızı sığortalamaqla yanaşı, pullarınızı yığmağa və təhlükəsiz yerdə saxlamanıza yardımçı olur. Bu sığorta növünin iki əsas xüsusiyyəti var.
Həyat sığortası
Yazıçı Mixail Bulgakovun “Master və Marqarita” romanında Voland adlı personajın dediyi kimi, “İnsan ölməyə məhkumdu, amma bu fəlakətin hələ yarısıdır. Ən pisi odur ki, bəzən insan qəflətən ölür”.
Ən qorxulusu isə odur ki, ölən şəxsin uşaqları olsun. Bu zaman uşaqların taleyi necə olacaq!? Uşaqlara lazım olan maliyyə haradan və necə əldə ediləcək?!
Əgər hüznlü hadisə ilə üzləşən valideynin uşaqları varsa. O zaman statistikaya görə, ilk növbədə uşaqlar aşağıda sadalananalardan məhrum olur.
1.İlkin olaraq başına bədbəxt hadisə gələn valideynlərindən birini
2.Daha sonra digər valideynini “itirir” hansı ki, ailəni təmin etmək üçün günün əksər hissəsini işdə olur
3.Bir vaxtlar təhsil aldığı yaxşı məktəbi, hansı ki, indi artıq orada oxumaq üçün pul çatmır
4.Prestijli universiteti itirir, hansı ki, yaxşı məktəbdə təhsil alsaydı, həmin universitetə qəbul ola bilərdi
5.və s
Əcnəbi mütəxəssislərin belə bir deyim var. Əgər sizin uşaqlarınız varsa və siz həyatınızı sığortalamamısızsa , bu, gecə evdə yatan zaman mənzilin qapısını açıq qoymağa bənzəyir. Yəni istənilən vaxt evə oğru daxil ola bilər.
Maliyyə azadlığı mütləqdir ki, özündə maliyyə təhlükəsizliyini təmin etməlidir. Bu maliyyə təhlükəsizliyi isə həyatı sığortalamaqla başlayır. Həyatı sığortalamaq isə (sığortaçılar buna “həyat sığortası” deyir) elə də baha deyil. Bu sığortanı, orta aylıq gəliri olan ailə də etdirə bilər.
Həyat sığortasının ikinci üstünlüyü
Həyat sığortasının digər bir üstün cəhəti isə yığımdır. Belə ki, siz özününzü sığortalayırsız ki, uşaqlar böyüyənə kimi ailənizi qoruyasız. Lakin illər keçir uşaqlar böyüyür və maliyyə asılılıqları olmur. Bu zaman “həyat sığortasına” da ehtiyac qalmır deyə fikirləşirsiniz. Amma bu müddət ərzində toplanan pulları götürüb istədiyiniz sahəyə yatıra və ya sadəcə xərcləyə bilərsiz.
Belə bir sığorta növü var imiş “Pulum gəlsin” (Cash back) adlanır, özünün və yaxınlarının qeydinə qalmaq istəyənlər üçün əla imkan yaradır. Bu məhsuldan istifadə edənlər həyatlarını sığortalamaqla yanaşı , heç bir hadisə baş vermədik də ödədikləri pulları geri alırlar. Əla təklifdir.
Bu sığorta növü ilə maraqlananlar üçün onu bildirək ki, “PAŞA Həyat” məhz bu tip məhsulu təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
20 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 15 d. əvvəl
-
23 d. əvvəl
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
- 46 d. əvvəl
-
1 saat əvvəl
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
-
1 saat əvvəl
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
“Böyük bir banka” qarşı sanksiyalar elan ediləcək
Ən çox oxunanlar
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
ABŞ neftin qiyməti üzrə proqnozlarını yüksəldib - Neft bazarında təklif şoku dərinləşir
6500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır ®
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Neft qiymətləri yüksəlir - Brent 110 dollara yaxınaşıb





















