Ən çox sığorta haqqı apreldə, ən çox ödəniş isə iyunda olub
2018-ci ilin aprel ayı Azərbaycanda sığorta şirkətləri üçün ən uğurlu ay olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir ki, ötən il Azərbaycanda sığorta şirkətləri ən çox sığorta haqqını məhz aprel ayında toplayıb. Belə ki, 2018-ci ilin aprel ayında sığorta şirkətlərinə 108,303 mln. manat sığorta haqqı daxil olub. Bu, il ərzində sığorta daxilolmalarının 14,9%-dir. Ötən ilin yanvar ayı da sığorta şirkətləri üçün ürəkaçan ay olub. 2018-ci ilin ilk ayında sığortaçılar 82,760 mln. manat sığorta haqqı toplaya bilib. Bu, il ərzində ümumi sığorta daxilolmalarının 11,4%-i deməkdir. Hesabat dövründə daxil olan sığorta haqlarının 8,8%-i ilin sonuncu ayına təsadüf edib. Sığorta şirkətləri dekabrda 64,063 mln. manat sığorta haqqı toplayıb. Beləliklə, ötən il sığorta daxilolmalarının 35,15%-i yanvar, aprel və dekabr aylarının payına düşüb.
Sığorta şirkətləri üçün ən məhsuldar ayların siyahısında dördüncü yerdə iyul ayı qərarlaşıb. Məhz bu ayda sığorta şirkətləri 63,480 mln. manatlıq sığorta xidməti göstərib ki, bu da ümumi daxilolmaların 8,7%-ni təşkil edir. Ötən ilin mart ayı da sığorta şirkətləri üçün uğurlu olub- 62,961 mln. manat. Başqa sözlə, sığorta şirkətləri ümumi sığorta haqlarının 8,7%-ni martda toplayıb. Ötən ilin avqust ayı da sığorta şirkətləri üçün düşərli ay sayılıb. Bu ayda sığorta şirkətləri 57,072 mln. manatlıq daxilolma ilə kifayətlənib. Bu isə ümumi daxilolmaların 7,8%-i olmaqla pis göstərici sayılmır.
Sentyabr ayında da sığorta şirkətləri 50 mln. manatdan çox, daha dəqiqi 51,615 mln. manat sığorta haqqı toplayıb ki, bu da ümumi daxilolmalarının 7,1%-i deməkdir. May ayında ümumi sığorta daxilolmalarının 6,8%-i və ya 49,402 mln. manat sığorta haqqı toplanıb.

2018-ci ildə ümumi sığorta haqlarının 6,7%-i və ya 48,632 mln. manat oktyabrda, 6,5%-i və ya 47,396 mln. manat fevralda, 6,4%-i və ya 46,721 mln. manat noyabrda, 6,3%-i və ya 45,550 mln. manat iyun ayında toplanıb.
Beləliklə, ötən il ən çox sığorta haqqı 108,303 mln. manat olmaqla apreldə, ən az sığorta haqqı isə 45,550 mln. manat olmaqla iyunda toplanıb.
Ödənişlərinə gəlincə, 2018-ci ildə sığorta şirkətlərinin ən çox xərcə düşdüyü ay iyul ayı olub. Bu ayda sığorta şirkətləri zərərçəkənlərə ümumi sığorta ödənişlərinin 11,1%-i qədər və ya 26,601 mln. manat ödəyib. Yanvar ayı da sığortaçıların xərclərinin çox olduğu aylardan olub. İlin ilk ayında sığorta şirkətləri 22,988 mln. manatından keçməli olub ki, bu da ümumi ödnişlərin 9,6%-ni təşkil edib. Xərclərin ən çox olduğu ayların siyahısında 3-cü yerdə avqust qərarlaşıb. Bu ayda sığorta şirkətləri 22,677 mln. manat ödəniş edib. Bu, ümumi ödənişlərin 9,4%-ni təşkil edib. Ümumiyyətlə, sığorta ödənişlərinin 30,1%-i yanvar, iyul və avqust ayının payına düşüb.
İyunda sığorta şirkətləri 21,853 mln. manat xərcə düşüb ki, bu da ümumi ödənişin 9%-nə bərabərdir. Ən çox ödəniş olan 5-ci ay mart ayı olub. Bu ayda ödəniş 19,807 mln. manat olmaqla ümumi ödənişin 8,1%-ni təşkil edib. Bundan sonra 19,049 mln. manat sığorta ödənişi oktyabr ayına təsadüf edib. Bu isə ümumi ödənişlərin 7,8%-i deməkdir.

May ayında sığorta ödənişləri oktyabrdakından 97 min manat az, ümumi ödənişin 7,9%-ni təşkil etməklə 18,952 mln. manat olub. Sentyabrda zərərçəkənlərə ödənilən sığorta məbləği 18,330 mln. manat olmaqla ümumi ödənişlərin 7,6%-nə bərabər olub.
2018-ci ildə ümumi sığorta ödənişlərinin 7,6%-i və ya 18,204 mln. manat apreldə, 7,6%-i və ya 18,179 mln. manat noyabrda, 7,3%-i və ya 17,5 mln. manat fevralda verilib. Sığorta şirkətləri ilin sonuncu ayında səxavətli olmayıb və 16,194 mln. manat ödəniş həyata keçirib ki, bu da ümumi ödənişlərin cəmi 6,7%-i deməkdir.
eləliklə, ötən il ən çox sığorta ödənişi 26,601 mln. manat olmaqla iyulda, ən az ödəniş isə 16,194 mln. manat olmaqla dekabrda verilib.
Sığorta ödənişlərinin sığorta haqlarına nisbətinə gəlincə, bu məlumatları təhlil edəndə məlum olur ki, sığorta şirkətləri ötən ilin iyununda daha çox səxavətli olub. Belə ki, iyun ayında sığorta şirkətləri daxilolmaların demək olar ki, yarısını, daha dəqiqi 48%-ni ödənişə yönəltməli olub.
İyul ayında da sığorta şirkətləri bədxərclik edib. Başqa sözlə, şirkətlər yığdıqları pulun 42%-ni xərcləmək məcburiyyətində qalıb. Xərclər siyahısında üçüncü yerdə avqust ayı qərarlaşıb. Bu ayda sığortaçılar topladıqları sığorta haqlarının 39,7%-ni zərərçəkənlərə ödəmək barədə qərar verib.
Oktyabr ayında sığorta şirkətləri daxilolmaların 39,2%-ni, noyabrda 39,9%-ni, mayda 38,4%-ni, fevralda 36,9%-ni, sentyabrda 35,5%-ni, martda 31,5%-ni, yanvarda 27,8%-ni dekabrda 25,3%-ni ödəniş üçün ayırıb.
İl ərzində ən az ödəniş ötən ilin aprel ayına təsadüf edib. Maraqlıdır ki, 2018-ci ildə məhz bu ayda rekord məbləğdə sığorta haqqı toplayan şirkətlər ən az ödənişi də elə apreldə həyata keçirib.

Ümumilikdə ötən il 21 sığorta şirkəti daxilolmaların cəmi 33%-ni ödənişə yönəldib. Başqa sözlə, il ərzində 727,954 mln. manat yığan sığorta şirkətləri bu məbləğin 244,334 mln. manatını ödənişə yönəltməyi məqsədəuyğun sayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
16 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
15 d. əvvəl
ABŞ-da inflyasiya səngimədi – Fed-in faiz artırması ehtimalı 90%-ə çatdı
-
24 d. əvvəl
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
- 54 d. əvvəl
-
58 d. əvvəl
Qızıl 3-cü həftədir ucuzlaşır – FED gözləntiləri təzyiqi artırır
-
1 saat əvvəl
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
-
1 saat əvvəl
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
-
1 saat əvvəl
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Neft Fondu Çində iri investorlarla danışıqlar apardı
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Ən çox oxunanlar
Bank Respublika AccessBank-ı alır - SON DƏQİQƏ
Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
Bakıda beynəlxalq logistika üzrə master-klass keçirilib
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!






















