Sığorta bazarının yeni göstəriciləri açıqlandı
Sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 4,2% artıb, ödənişlər isə 23,4% azalıb.
2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 milyon manat məbləğində sığorta haqları toplanıb, 46.2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Müqayisə üçün edək ki, 2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 milyon manat məbləğində sığorta haqları toplanmış, 60.3 milyon manat məbləğində sığorta ödənişi aparılmışdı.
Ötən ilin ilk 3 ayı ilə müqayisədə 2019-cu ilin ilk 3 ayında sığorta haqları 4.2% (8.1 milyon manat) artıb.
Könüllü sığorta bazarı üzrə haqlar 130 milyon manat, ödənişlər isə 29.9 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71.2 milyon manat, ödənişlər isə 16.3 milyon manat olub.
2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64.6%-i könüllü, 35.4%-i isə icbari sığorta növlərinin payına düşüb.
Sığorta ödənişlərinin 64.7%-i könüllü, 35.3%-i icbari sığorta növləri hesabına formalaşıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19.5% (9.3 milyon manat), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta isə 54.9% (4.6 milyon manat) artıb.
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
12 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 13 d. əvvəl
-
14 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 26 d. əvvəl
-
28 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
45 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar

























