Sığorta şirkətlərinin yarısı mənfiyə düşdü
2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 10-nun topladığı sığorta haqları artıb, 11-də isə azalıb. 1 sığorta şirkəti (Xalq Həyat) isə yeni lisenziya aldığından ilk rübdə əməliyyat aparmayıb.
“A-Qroup Sığorta Şirkəti”, Atəşgah Həyat” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta Şirkəti, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Qala Həyat” Sığorta Şirkəti daha az sığorta haqları toplayıblar.
BAZARDA AZALMA “AZƏRSIĞORTA”NIN HESABINA BAŞ VERMƏYİB
2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 milyon manat məbləğində sığorta haqları toplanıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% və ya 8 milyon 58 min manat çoxdur. Əgər Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) topladığı sığorta haqları 7 dəfəyə yaxın artaraq 31 milyon 689 min manata qalxmasa idi, cəmi sığorta haqları azalardı. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” və “məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir. İlk rübdə dövlət büdcəsindən sığorta haqlarının “Azərsığorta” şirkətinə köçürülməsi digər 11 şirkətin topladığı sığorta haqlarındakı azalmanı artıqlaması ilə bağlayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
№ | Sığortaçının adı | Sığorta Haqları 2018 Yanvar-Mart (min manatla) | Sığorta Haqları 2019 Yanvar-Mart (min manatla) | +Artıb/-Azalıb |
1 | “Amrah Sığorta” | 30,9 | 90,5 | + |
2 | “A-Qroup Sığorta Şirkəti” | 1,832.9 | 1,737.0 | - |
3 | “AtaSığorta” | 4,236.2 | 5,374.5 | + |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 12,877.8 | 9,285.6 | - |
5 | “Atəşgah” Sığorta Şirkəti | 8,425.1 | 10,528.7 | + |
6 | “AXA MBASK” Sığorta Şirkəti | 5,474.7 | 962.1 | - |
7 | Dövlət Sığorta Kommersiya Şirkəti | 4,608.9 | 31,689,6 | + |
8 | “Azərbaycan Sənaye Sığorta” | 2,163.7 | 1,464.4 | - |
9 | “Azsığorta” | 3,813.9 | 3,099.9 | - |
10 | “Bakı Sığorta” | 189.3 | 175.3 | - |
11 | “Günay Sığorta” | 1,422.5 | 730.2 | - |
12 | “İpək Yolu Sığorta” | 6,601.4 | 6,836.5 | + |
13 | “Meqa Sığorta” | 10,121.2 | 8,624.3 | - |
14 | "Naxçıvansığorta" | 62.9 | 79.4 | + |
15 | “PAŞA Həyat Sığorta” | 55,670.3 | 39,673.0 | - |
16 | “PAŞA Sığorta” | 65,545.3 | 64,468.6 | - |
17 | “Qala Həyat” Sığorta Şirkəti | 3,167.5 | 2,579.3 | - |
18 | “Qala Sığorta” | 3,698.6 | 5,626.0 | + |
19 | “Rəvan Sığorta” | 265.3 | 557.4 | + |
20 | “Standard Insurance” | 1,637.3 | 1,892.7 | + |
21 | “Xalq Həyat Sığorta” | - | - |
|
22 | “Xalq Sığorta” | 1, 270.9 | 5,698.9 | + |
| YEKUN | 193,116,5 | 201,174.1 | + |
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
4 d. əvvəl
Operatorlar vasitəsi ilə taksi xidməti göstərənlərdən vergi tutulacaq
- 7 d. əvvəl
- 8 d. əvvəl
-
11 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 12 d. əvvəl
-
13 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 25 d. əvvəl
-
27 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
44 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
Sosial müavinətlər artırılacaq
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
Ən çox oxunanlar

























