İcbari Sığorta Bürosunun ötən il əldə etdiyi gəlir açıqlanıb
İcbari Sığorta Bürosu 2018-ci ildə 7,8 milyon manat təqvim haqları toplayıb, təqribən 1,2 milyon manat da investisiya gəlirləri əldə edib.
Bu barədə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov məlumat verib.
Onu sözlərinə görə, investisiya gəlirləri dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızları, banklarda olan depozitlər hesabına əldə edilib.
“Xərclər dedikdə, büronun saxlanılması, kompensasiya ödənişləri, informasiya sisteminin saxlanılması, Yaşıl Kart və katastrofik risklərlə əlaqədar təkrarsığorta və digər xərclər nəzərdə tutulur. Büronun 2017-ci illə müqayisədə qarantiya fondu təqribən 4 milyon manata yaxın artım göstərib. Hazırda Büronun cəmi vəsaitləri 34 milyon manat civarındadır. Bu vəsaitlərin təqribən 10 milyon manatı - 5 milyon avro Yaşıl Kart sisteminə üzvlüyümüzlə əlaqədar Beynəlxaq Bürolar Şurasının tələbi ilə Avropa banklarında depozit/qarantiya olaraq yerləşdirilib. Qalan vəsaitlər isə Azərbaycan banklarında, dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızlarında diversifikasiya edilib”, - deyə R.Əhmədov əlavə edib.
İcraçı direktor Büronun investisiya siyasətində dəyişikliklərə toxunaraq qeyd etdi ki, daxili qaydalara görə maliyyə sabitliyinə nəzarətin gücləndirilməsi məqsədilə bir bankda ümumi investisiya portfelinin 25%-dən çoxunu saxlamaq yolverilməzdir: “Burada tək istisna dövlət qiymətli kağızlarıdır”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
-
8 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 9 d. əvvəl
-
10 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 22 d. əvvəl
-
24 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
41 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
45 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır



























