Azərbaycanda 8 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-mart aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 12-sinin ödənişləri azalıb, 1 şirkət - “Naxçıvan Sığorta” ASC ötən ilin yanvar-mart aylarında ödəniş etmədiyi üçün onun ödənişlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət yanvarda 55 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 3 ayda 678 min manat təşkil edib ki, bu da illik müqayisədə 8,8% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət 3 ay ərzində 4,546 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 88,5% azalaraq 638 min manata düşüb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Renkinq”
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
-
8 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 9 d. əvvəl
-
10 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 22 d. əvvəl
-
24 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
41 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
45 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır




























