Xarici investor Azərbaycanın sığorta şirkətinə investisiya yatırımaq niyyətindədir
Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini açıqlayıb.
"Marja" xəbər verir ki, bunu "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə memorandumu imzalanan zaman bildirib.
İmzalanmış memorandum ilə bağlı Konfederasiyanın yaydığı məlumatda xarici investorun və onun investisiya yatırmaq istədiyi şirkətin adı açıqlanmayıb.
"Badear Bhaişan Al-Mutairi Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək, bu sahədə bazarın vəziyyəti barədə hesabat toplamağı xahiş edib. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini də açıqlayıb", - Konfedrasiyanın məlumatında deyilir.
Xəbər verdiyimiz kimi, "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum “Global Projects Development Holding Co " və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
- 5 d. əvvəl
-
46 d. əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 51 d. əvvəl
-
58 d. əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ABŞ-nin qaz yataqlarında pay sahibi oldu – 1,65 milyard dollarlıq müqavilə
-
2 saat əvvəl
İlk qaliblərə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə edilib!
-
16 saat əvvəl
Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Prezidentə Bakıda yeni yaşayış kompleksləri və iri tikinti layihələri təqdim olundu
İldə 4 ton şərab istehsal edən ailə təsərrüfatına dəstək göstərilib - “Mistika”nın istehsalı genişləndiriləcək
Bank yeni konseptli ilk filialı ilə Gəncədə


























