Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatı yeniləndi
(®) Keçdiyimiz günlərdə Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatını yeniləmişdir. Bu dəyişiklikdə məqsəd cinayət və hadisələrə çevik reaksiya verilməsi, sakinlərin təhlükəsizliyinin qorunmasının daha da sürətləndirilməsi və daha sürətli informasiya mübadiləsinin təmin olunmasıdır.
Tətbiq edilən proqram təminatı K3 adlanır və yerli informasiya texnologiyaları şirkəti olan “ATL Tech” MMC tərəfindən hazırlanmışdır.
"ATL Tech" 2013-cü ilin fevralında "ATL Group"un daxilində informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən bir şirkət kimi yaradılmışdır. Yarandığı vaxtdan bəri bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həlləri kimi istiqamətlərdə geniş çeşidli xidmətlər təqdim edir. Şirkətin insan resurslarının effektiv idarə edilməsi, maliyyə yığımlarının individual tənzimlənməsi, məlumat və çağrı mərkəzlərinin təminatı, obyektlər üzrə pasport sistemi, onlayn imtahanların təşkili və başqa bir çox müxtəlif ehtiyaclar üzrə PORTEM, INSTACALL, OPS, Q-LINE, MONEYGATE, TALHUNT kimi proqram təminatları artıq həm yerli, həm də beynəlxalq miqyasda istifadə olunmaqdadır.
Eyni zamanda, “Expertech” adı altında İT mövzusunda mütəmadi görüşlər təşkil edən "ATL Tech" şirkəti, həmçinin gənclərin bu sahəyə olan marağının artırılması və peşəkarların bir araya toplanaraq öz təcrübələrini paylaşmasına şərait yaradır.

ATL Tech ən qabaqcıl texnologiyaları tətbiq etməklə, şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edir. Ölkəmizdə bu tipli qabaqcıl və texnologiya yönümlü şirkətlərin fəaliyyət göstərməsi Azərbaycanın beynəlxalq müstəvidə sürətlə irəliləməsinə və bu sahədə təcrübəli mütəxəssislərin yetişdirilməsinə geniş imkan yaradır.
6 ildən çox çağrı mərkəzlərinin idarə olunması sistemləri üzrə təcrubəsi olan "ATL Tech" şirkəti “K3 – Çağrı Mərkəzlərinin İdarə edilməsi” proqram təminatını törədilən və ya törədilmiş cinayətlər və digər hüquq pozuntuları barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarəti, xüsusi əməliyyatlarda birbaşa iştirak edən qurumların iş effektivliyinin artırılmasında istifadə olunması üçün nəzərdə tutulmuşdur. Sistem, eyni zamanda, hadisələr və əməliyyatlar üzrə dolğun hesabat almaq, qurumlar arası səmərəli informasiya mübadiləsini təmin etmək üçün nəzərdə tutulmuşdur. K3 proqram təminatı istənilən həcm və təhlükəlilik dərəcəsində olan hadisələr zamanı istifadə oluna bilir və əməliyyatlara rəhbərlik edən şəxslərə xilas etmə, axtarma əməliyyatlarını daha effektiv planlaşdırma, istənilən yerdən əməliyyatlara rahat nəzarət etmə imkanları yaradır.
Proqram təminatı qəbul edilən zənglərin qeydiyyatının və saxlanmasının sistemləşdirilməsi, açılan hadisə kartlarının hərəkətinin və icrasının effektiv idarə olunması, dövriyyə zamanı vaxt itkisinin tənzimlənməsi, əməyin yüngülləşdirilməsi və effektivliyinin artırılması, hər bir əməkdaşın və bütövlükdə təşkilatın iş məhsuldarlığının və idarə olunmasının keyfiyyətinin artırılması kimi bir sıra məsələlərin həllində istifadə edilir. Sistem Azərbaycan Respublikası Nazirlər kabinetinin 50 saylı qərarı ilə təsdiqlənmiş, “Çağrı Mərkəzlərinin idarə olunması Təlimat”-ı rəhbər tutulmuşdur.
Qeyd etməyə dəyər ki, uzun müddətdir Fövqaladə Hallar Nazirliyinin 112 xidmətinin də fəaliyyətini qüsursuz həyata keçirən K3 proqram təminatı artıq özünü doğrultmuş və sınanmış yerli İT məhsuldur. K3 Proqram təminatı barədə ətraflı məlumatı aşağıdakı video vasitəsilə əldə edə bilərsiniz:
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
15 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
6 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
6 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib



















