Şirkətlər hər 100 AZN sığorta haqqına qarşı 103.5 AZN xərc çəkir - İCBARİ AVTOMOBİL SIĞORTASI ZƏRƏRLİDİR
Azərbaycan Sığortaçılar Assosasiyası (ASA) İctimai Birliyinin sədri Azər Əliyevlə sığorta bazarının hazırkı durumu barədə müsahibə
- Son dövrdə Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası (NVSMMİS) üzrə komissiyaların faizi nə qədər azalıb və bu azalma zərərliliyə nə dərəcədə müsbət təsir göstərəcək?
- Suala cavab verməzdən öncə, komissiyanın mahiyyətinə dair kiçik bir açıqlama vermək istərdim.
Sığorta məhsullarının ciddi satış həcmi tarixən vasitəçilik fəaliyyətinə əsaslanır. Yəni, sığorta məhsullarını, sığorta şirkətlərində çalışan peşəkar satıcılardan başqa, satışdan komissiya əldə edən brokerlər və agentlər də sata bilirlər. Bu, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) lisenziyalaşdırdığı və nəzərat etdiyi, tam anlamıyla “qanuni fəaliyyət növüdür”. Bu fəaliyyət növü vasitəsi ilə ölkəmizin büdcəsini artıran vergilər ödənilir və minlərlə vətəndaş iş yerləri ilə təmin olunur. Satışın bu növü, sığorta fəaliyyətinin təbliğatını Respublikamızın bütün bölgələrində çox qısa zamanda həyata keçirməkdə köməklik göstərir.
İndi isə komissiyanın Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası (NVSMMİS) kimi sığorta növlərində tətbiqi haqqında danışaq. Çünki Azərbaycanda ən çox ehtiyac duyulan və tanınan sığorta növü məhz NVSMMİS-dır. Bu sığorta növü icbari olmağı ilə yanaşı, əhalinin böyük hissəsinə şamil olunduğu üçün ciddi sosial anlam daşıyır. Sirr deyil ki, bu sığorta növü, onun satışı ilə məşğul olan demək olar ki, bütün sığorta şirkətləri üçün zərərli sığorta növünə çevrilib. Bununla bağlı, Palata və İcbari Sığorta Bürosu (İSB) tərəfindən gözlənilən zərərliliyin analizi aparılır və situasiyanın stabilləşdirilməsi üçün yollar araşdırılır. Hətta bu yaxınlarda, mətbuatda sığorta təminatının artması barədə məlumat yayılmışdır ki, bu da öz növbəsində sığorta tariflərinin artmasına gətirib çıxara bilər.
NVSMMİS növünün gəlirli yaxud zərərli olması aşağıda qeyd olunan göstəricilərə əsasən hesablanır:
- Bu günə olan xalis zərərlilik faizi 63% təşkil edir və artmaqda davam edir.
- Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosuna ayırmaları 5.5 %-dir, 2020 -ci ildən etibarən isə bu ayırmalar 10.5 % təşkil edəcəkdir.
- Sığorta işlərinin aparılmasına ayrılan xərclər ortalama 20 % təşkil edir, lakin şirkətdən asılı olaraq bu rəqəm çox da ola bilər
- Və sığorta vasitəçilərinə ayrılan komissiya qanuna əsasən 15 % təşkil edir
Yuxarıda qeyd olunanlarla sadə riyazi hesablamalar apardıqdan sonra, NVSMMİS məhsulunun gəlirli olmadığına bir daha əmin olaraq, yekun zərərlilik faizinin 103.5 % olduğunu görürük. Bu o deməkdir ki, hər 100 AZN sığorta haqqına görə, şirkətlər 103.5 AZN xərc çəkir. Qeyd edim ki, hətta bu göstəricinin növbəti illərdə 108.5 %-ə qədər artacağı gözlənilir.
İndi biz görürük ki, bu və ya digər göstəricinin artan istiqamətdə dəyişilməsi NVSMMİS məhsulunu daha da zərərli edəcək. Biz, avtomobillərə “qəza törətməyin” deyərək və yaxud xaricdə istehsal olunan ehtiyat hissələrinin dəyərini azaldaraq zərərliliyə təsir edə bilmərik. Ona görə də bu istiqamətdə rəqəmlər artmağa davam edəcək. Bundan əlavə, Palataya və İSB-yə qanuni ayrılmalar da var ki, bunlara da biz təsir edə bilmərik.
Nəticədə iki göstərici qalır: Sığorta şirkətlərində işlərin aparılması xərcləri və komissiya haqları.
Bu gün sığorta şirkətləri məhz bu iki istiqamətdə çalışır. İşlərin aparılması xərclərinin azaldılması, maliyyə nəticələrinə əlavə olaraq yalnız 3-4 % təsir etməklə yanaşı, xidmət keyfiyyətinin azalmasına da gətirib çıxara bilər. Komissiyaların faiz dərəcəsinin azaldılması isə maliyyə nəticələrinə daha çox təsir göstərərək ümumilikdə 10 %-ə qədər qənaət etməkdə kömək edə bilər.
Bu gün, NVSMMİS növünün sığorta bazarındakı vəziyyəti çox aktualdır. Bu vəziyyət sığorta şirkətləri ilə sığorta vasitəçiləri arasında olan açıq qarşıdurmadır. Vasitəçilər, bazarda olan kiçik komissiya ilə çalışmaqdan, sığortaçılar isə daha çox ödəniş etməkdən imtina edir və hətta hər cür üsulla sığorta vasitəçilərini kiçik komissiya ilə çalışmağa inandırırlar.
Sığortaçılar, cari ilin Sentyabr ayına qədər, NVSMMİS üzrə sığorta komissiyalarını azaldaraq 5 %-ə endirməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, Palata bu mövzuda sığorta şirkətləri ilə həmrəydir və dövlət tənzimləyicisi kimi yaranan situasiyanı anlayaraq sığorta bazarının stabilliyinin qorunmasında maraqlıdır.
- İstehlakçı fəallığı və ən əsası yeni avtomobillərə olan tələbat, KASKO və İcbari sığorta kimi sığorta növlərinə nə dərəcədə təsir edir?
- Sığortanın gündəlik həyatımızda kifayət qədər tətbiq olunmaması, adətən, əhali arasında sığorta mədəniyyətinin aşağı olması ilə izah edilir. Əlbəttə ki, bu məsələdə sığorta mədəniyyəti də müəyyən dərəcədə rol oynayır, lakin problemin əsası bu deyil.
Düşünürəm ki, sığortanın inkişafı ilk növbədə ölkəmizdə iqtisadiyyatın inkişafına bağlıdır. İqtisadiyyata pul yatırılırsa, investisiya edilirsə, iqtisadi artım varsa, deməli sığorta bazarı da inkişaf edəcək. Son dövrlərin qlobal iqtisadi böhranına baxmayaraq, Prezidentimizin uzaqgörən siyasəti və hökumətin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatının hər sahəsində inkişaf müşahidə olunur.
Sığortaçılara əsas müraciətim ondan ibarətdir ki, sığorta xidmətlərinin tanınmasında daha aktiv olmalıyıq, sığorta məhsullarının satışının daha aktiv mərhələsinə keçməliyik, piar-marketinq aktivliyimizi artırmalıyıq. Bu yöndə işlər qaydasına qoyularsa, birmənalı olaraq, KASKO da daxil olmaqla digər könüllü və icbari məhsulların satışında artım baş verəcək. Çünki bu gün bizdə həm sığorta məhsullarına tələbat, həm sığorta obyektələri , həm də sığortalanmaq üçün pul vardır.
- Son 1 il ərzində icbari sığorta üzrə ödəmələr artıbmı və müsbət rəqəmlər əldə etmək üçün gələcəkdə hər hansı tədbir nəzərdə tutulurmu?
- Bəli, əlbəttə! Nəqliyyat Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası (NVSMSİS) məhsulu üzrə sığorta ödənişlərində hər il orta hesabla 5-10 % artım baş verir.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə “PR-marketinq strategiyası” planını hazırlayıb. Bu strateji plan 3 ili əhatə edir və çox yaxın zamanlarda həyata keçirilməsinə başlanılacaq.
Hazırlanmış strategiyada, cəmiyyəti sığorta haqqında geniş informasiya ilə təmin etmək, sığorta haqqında məlumat xarakterli video çarxlar hazırlamaq, bu istiqamətdə işçi qüvvəsi yaratmaq və s. kimi tədbirlər planı nəzərdə tutulub.
Ümumiyyətlə, Palatanın sığorta bazarının inkişafına yönlənmiş genişmiqyaslı işlərini xüsusilə vurğulamaq istərdim. Onların fəal dəstəyi olmadan, sığorta bazarını inkişaf etdirmək çox çətin olardı. Qeyd etmək istərdim ki, bu yaxınlarda, Azərbaycanda 9-cu Beynəlxalq Sığorta Forumu baş tutdu. Orada, “Sığorta sahəsinin bu və ya digər ölkədə inkişfanın uğuru məhz həmin ölkənin bu sahədə olan dövlət tənzimləyicisindən asılı olduğu” vurğulandı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Oxu
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
5 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
5 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
6 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
6 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür









.jpg)









