Dövlətin su şirkəti böyük zərərin içində "üzür"
Dövlətə məxsus “Azərsu” ASC 2018-ci ili 480 milyon 201 min manat xalis zərər ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 28 milyon 149 min manat və ya 5,5% azdır. "Azərsu" 2017-ci ili 508 milyon 350 min manat zərər ilə bağlamışdı.
“Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə “Azərsu”nun cəmi gəlirləri 208 milyon 22 min manat, cəmi xərcləri isə 684 milyon 904 min manat təşkil edib. Nəticədə dövlət şirkətinin 476 milyon 882 min manat əməliyyat zərəri yaranıb. 2 milyon 250 min manat maliyyə və 1 milyon 69 min manat mənfəət vergisi xərcilə əlaqədar zərər 480 milyon 201 min manata yüksəlib.
“Azərsu” gəlirindən 3,3 dəfə çox xərcləyir.
2017-ci illə müqayisədə 2018-ci ildə “Azərsu”nun satışdan gəlirləri 10 milyon 970 min manat və ya 6,6% artaraq 176 milyon 715 min manat təşkil edib.
2018-ci ilin zərəri ilə "Azərsu"nin yığılmış cəmi zərəri 6 milyard 384 milyon 703 min manata çatıb.
31 Dekabr 2018-ci il tarixində “Azərsu” 918 milyon 625 min manat cəmi aktivlərə, 699 milyon 776 min manat manat cəmi öhdəliklərə və 218 milyon 849 min manat cəmi kapitala malik olub. 2017-ci ilin sonunda ASC 694 milyon 439 min manat cəmi aktivlərə 755 milyon 799 min manat cəmi öhdəliklərə və 61 milyn 310 min manat capital kəsirinə malik idi.
"Azərsu" yığılmış zərər hesabına yaranmış kapital defisitini dövlət investisyaları və kapitalın əlavə artırılması hesabına aradan qaldırıb. Ötən il aktivlərin artmasının səbəbi əsas vəsaitlərin artmasıdır.
BÖYÜK ZƏRƏRİN SƏBƏBİ
Hesabatda deyilir:
“Azərsu” və onun törəmə müəssisələri (Qrup) 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə 480 milyon 201 min manat (2017-ci ildə 508 milyon 350 min manat) məbləğində xalis zərər çəkmişdir. Qrup su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və Dövlət Qrupun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir. Qrup Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır.
Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur. Buna əsas səbəb Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərinin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 fevral 2019-cu il tarixli 03/02-05-98-102 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 19 fevral 2019-cu il tarixli İN-X/O-2234/2019 nömrəli məktublarına əsasən 2018-ci il üzrə Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.30 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1.75 dəfə səviyyəsində üstələmişdir".
Xatırladaq ki, 2017-ci ildə "Azərsu"da1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdu. Həmi il 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdu.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
11 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























