"Hazırına nazir olub “Aztelekom”un şəbəkəsindən pul qazanmaq istəyirlər" - YENİLƏNİB
Sumqayıtda özəl provayderlərin İnternet bazarından kənarlaşdırıldığı, müştərilərin "Aztelekom"a keçirildiyi, "Aztelekom"un İnternetinin isə çox keyfiyyətsiz olduğu barədə iddialara Sumqayıt Telekommunikasiya Qovşağı reaksiya verib.
HƏMÇİNİN OXU:Nömrələr dəyişdirilir, özəl provayderlər kənarlaşdırılır - SUMQAYIT DA İNTERNETDƏN ŞİKAYƏT EDİR
İdarədən “İnstagram” vasitəsilə “Marja”ya bildirilib ki, Sumqayıt ərazisində rekonstruksiya işləri aparılır: “Yəni istismara yararsız fiziki kabellər ləğv edilir yeni optik kabeller çəkilir və optik şkaflar quraşdırılır (qurumlardan torpaq yeri alınır və elektrik sayğaclar quraşdırılır). Bir sozlə yeni şəbəkə yaradılır. Özəl provayderlər də öz növbələrində öz şəbəkəsini yaratmalıdır ki, abunəçilərə internet versinlər. Şəbəkə yaratmaq onlara baha başa gəldiyi üçün bunu etmirlər. Hazırına nazir olub “Aztelekom”un şəbəkəsindən istifadə edib pul qazanmaq istəyirlər və problem olanda da, “bizlik deyil ATS-ə müraciət edin, xəttinizdə problem var” deyib abonentləri bizə yönəldirlər. Heç bir provayder kənarlaşdırılmır, sadəcə provayderlər rahat qazanc əldə etmək istəyirlər. “Aztelekom” dövlət qurumudur. Qiymətlər və tariflər Tarif şurasının müvafiq əmrinə əsasən təyin olunur. İstənilən abunəçini dinləməyə və problemini operativ həll etməyə hazırıq”.
HƏMÇİNİN OXU: ““Aztelekom” inhisarçı deyil, provayderlər heç bir tədbir görməmişlər” – GƏNCƏDƏ İNTERNET PROBLEMİ
“CAVAB İLƏ RAZI DEYİLƏM”
Dünən Sumqayıt sakini Yaşar Zeynallı "Marja"ya bildirmişdi ki, Sumqayıtda şəhər telefon nömrələri məcbur dəyişdirilir, mövcud qoşulmuş olduqları "Alfanet", "Azeronline" bazardan kənarlaşdırılır və yalnız "Aztelekom"un İnternetindən istifadə edə biləcəkləri bildirilir.
Yaşar Zeynallı Sumqayıt Telekommunikasiya Qovşağının cavabı ilə razılaşmır.
“Bugünkü “Aztelekom”un (Sumqayıt Telekommunikasiya Qovşağı) cavabı ilə bağlı xeyli suallarım yaranıb. Çox xahiş edirəm işıqlandırasınız, çünki “Aztelekom”un insanların harayına gələcək müştəri xidmətləri belə yoxdur. Heç olmazsa saytınız vasitəsi ilə cavab ala bilərik.
Suallar aşağıdakı kimidir:
1. Niyə “Aztelekom” hələ infrastrukruru qurub bitirməmiş, əhaliyə keyfiyyətli internetin verilməsini təmin etməmiş bizim heç bir xəbərimiz, xahişimiz olmadan şəhər nömrələrimizi dəyişdirir?
2. Niyə “Alfanet” provayderindən 20 manata 8 mbs sürətli keyfiyyətli internet aldığım halda (müqayisə üçün qeyd edim ki, “Azeronline”da 5 mbs sürəti, “Connect”də isə 12 mbs sürəti 20 manatdır. Bakıda fiber optik 36 mbs sürətli interneti 18 manata almaq mümkündür) mən məcburən “Aztelekom”un eyni qiymətə "4 mbs" amma reallıqda 1.5-2 mbs bəzən daha az sürətli keyfiyyətsiz internet almağa məcbur edilirəm?
3. Əgər infrastruktur problemi var idisə niyə “Alfanet” istifadə edən zaman bu qədər keyfiyətsiz internet almırdım?
4. Niyə əvvəlki nömrəmizdə olarkən istədiyimiz operatoru seçə bilirdik amma indi yox?
5. Niyə istehlakçı olaraq hüqüqlarımı və özəl internet provayderlərinin rəqabət hüquqlarını pozursuz? Ümumiyyətlə bunu etdiyinizin fərqindəsiniz?
6. Niyə tarif şurasından qiymətlərin endirilməsini tələb etmirsiz, axı bu qiymətlər bu gün bazarda sizə rəqabət imkanları vermir?
7. Heç nə vaxtsa interneti açıb orada verdiyiniz internetin keyfiyyəti haqqında şərhləri oxudunuzmu? Bu şərhlər barədə nəticə çıxardınızmı? (yazılan şərhlərin linki - https://goo.gl/maps/pK85iaj98uSdnx9F6)
Nəticə:
Bunun tək izahı var. “Aztelekom” başa düşür ki, bu keyfiyyətlə özəl provayderlər ilə bazarda rəqabət apara bilməyəcək, ona görə də, qəsəbə və kəndlərdəki həyət evlərində yaşayan yeni texnologiyalardan bixəbər əhalinin cibinə girməklə və onlara yalan vədlər verməklə özünə məcburi şəkildə müştəri bazası yaradır. Bu azmış kimi, hələ digər provayderlərin həmin ərazilərdə internet satışına da mane olur. Nə qədər qəribə səslənsə də bu, inhisarçılıqdır.
Mən bazarı araşdırmışam və çıxış yolu da tapmışam. Belə ki, daha keyfiyyətli internet üçün sərfəli qiymətə Azercell 4g (30 AZN, limitsiz, orta sürət 30-50 mbs arası) və ya Sazz 3g kimi alternativlər var ortada...”
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
20 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
21 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
22 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
22 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
22 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 23 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®























