"Daşınmaz əmlakın sığortasının icbari olması düzgün deyil"
"Son günlər əhali arasında söz gəzir ki, növbəti ildən daşınmaz əmlakın (yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin) icbari sığortası qüvvəyə minir, buna görə də bu ilin sonunadək kim sığorta müqaviləsi bağlamasa, cərimələnəcək".
Bunu iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib.
"Əslində, sözügedən icbari sığorta növü “İcbari sığortalar haqqında” Qanunun 2-ci fəslinə əsasən 2011-ci ildən mövcuddur və məcburidir (sığorta haqqı Bakıda 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər yerlərdə isə 30 manatdır). Sadəcə əhalinin mütləq əksəriyyəti əmlakını sığorta etdirmir. İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə yerli icra hakimiyyəti orqanları buna görə vətəndaşları 30 manat məbləğində cərimə edə bilər. Özü də hər 20 gündən bir (əgər vətəndaş sonuncu cərimədən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlamasa). Amma etmirlər.
Məndə olan məlumata görə son günlər vətəndaşların aldığı bildirişləri yerli icra hakimiyyəti orqanları göndərməyib. Bəs onda kim göndərib? Böyük ehtimalla sığorta şirkətləri. Yəqin ilin sonunda ajiotaj yaradaraq xeyli gəlir əldə etmək istəyirlər.
İnandırıcı deyil ki, yerli icra hakimiyyəti orqanları seçkiqabağı insanları kütləvi cərimələməyə başlasın. 8 il ərzində heç nə etməyiblər. İndi birdən birə niyə etsinlər ki? Özü də heç bir maarifləndirmə işi aparmadan.
Bütövlükdə, sözügedən sığorta növünün icbari olmasının özü düzgün deyil. Hər kəs öz əmlakını sığortalamaqda sərbəst olmalıdır (axı söhbət üçüncü şəxslərə deyil, mülkiyyətçinin özünə dəyə biləcək zərərdən gedir). Yəni bu, könüllü sığorta növü olmalıdır. Buna görə də narahat olmuş vətəndaşlarımıza tövsiyəm budur ki, deputatlığa namizədlərdən xahiş etsinlər ki, bu sığorta növünü gələcəkdə könüllü etsinlər. Yəni qanuna dəyişiklik etsinlər", - deyə o, qeyd edib.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
20 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
18 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
6 d. əvvəl
Daşınmaz əmlak bazarında son vəziyyət - Oktyabrda mənzillərin qiyməti yenə artıb
-
1 saat əvvəl
ABŞ-da Demokratların seçki qələbəsi İlon Maskın şirkətlərini vurdu – Səhmləri çökür
-
1 saat əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
1 saat əvvəl
ABB Invest AccessBank-ın Bank Respublika tərəfindən satın alınması prosesini uğurla başa çatdırıb
-
1 saat əvvəl
Maliyyə Assosiasiyalarının növbəti ağacəkmə aksiyası keçirilmişdir
-
2 saat əvvəl
İcbari Tibbi Sığorta Fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzillər və torpaq bahalaşıb, kirayə qiymətləri düşüb – Yeni rəqəmlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABŞ-da Demokratların seçki qələbəsi İlon Maskın şirkətlərini vurdu – Səhmləri çökür
ABB Invest AccessBank-ın Bank Respublika tərəfindən satın alınması prosesini uğurla başa çatdırıb
Maliyyə Assosiasiyalarının növbəti ağacəkmə aksiyası keçirilmişdir
Ən çox oxunanlar
İcbari Tibbi Sığorta Fondunun gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub
Noyabrın 5-də gözlənilən hava şəraiti
Prezident və birinci “AIREX 2026” sərgisi ilə tanış olublar
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır

























