Qiymətli kağızları necə əldə etmək olar?
Daha öncə böyük şirkətlərin qiymətli kağızlar buraxmaqla kapital və borc cəlb etməsinin yollarını izah etmişdik (Burada). Bu məqaləmizdə isə sadə vətəndaşların belə çox sadə üsulla qiymətli kağızları necə əldə edə biləcəyini addımbaaddım izah etmişik:
Son illərdə qiymətli kağızlar bazarında mütəmadi olaraq dövlət istiqrazlarının buraxılması, likvid və sərfəli olan SOCAR istiqrazları üzrə təkrar bazarda dövriyyənin dinamikliyi və bu kimi digər amillərlə əlaqədar olaraq artıq əksər insanlarda belə bir sual yaranıb:
* Qiymətli kağızları necə əldə edə bilərəm?
Bu sualla əlaqədar olaraq isə ilk növbədə qeyd edək ki, qiymətli kağızları həm birjadan, həm də birjadankənar əldə edə bilərsiniz. Lakin əməliyyatınızın daha şəffaf qiymətlərlə və etibarlı icrası üçün alqı-satqı üzrə sifarişinizin Birjada (Bakı Fond Birjası) icrası daha məqsədəuyğundur. Digər tərəfdən isə hər iki halda mütləq qaydada Depo hesabınızın olması və vasitəçi qurumla müqavilə bağlamağınız lazımdır.
1. Depo hesabın açılması və Müqavilənin bağlanması
Depo hesabın açılması- depo hesabınız yoxdursa, asanlıqla ölkəmizdə fəaliyyət göstərən İnvestisiya Şirkətlərinə şəxsiyyət vəsiqənizlə müraciət edərək özünüzə Depo hesab açdıra bilərsiniz. Məlumat üçün qeyd edək ki, Depo hesab mülkiyyətinizdə olan qiymətli kağızların Milli Depozit Mərkəzində qeydiyyata alındığı və elektron qaydada saxlandığı hesabdır.
Müqavilənin bağlanması- qiymətli kağızlarla ticarət etmək üçün depo hesaba malik olmaqla yanaşı ölkəmizdə lisenziyaya malik olan İnvestisiya şirkətlərinin hər hansı biri ilə investisiya xidmətlərindən istifadə üzrə müqavilə bağlamalısınız. Qeyd edək ki, yatırım etmək istəyən fiziki şəxslər, yəni sadə vətəndaşlar tək şəxsiyyət vəsiqəsini təqdim etməklə istənilən İnvestisiya şirkəti ilə müvafiq müqaviləni bağlaya bilər.
2. Sifarişlərin verilməsi
Müqavilə bağladıqdan sonra isə almaq və ya satmaq istədiyiniz qiymətli kağızı, onun qiymətini və həcmini müqavilə bağladığınız İnvestisiya şirkətinə bildirməyiniz kifayətdir. Qeyd edək ki, hər hansı qiymətli kağızı almaq istədikdə sifariş vermədən öncə müvafiq məbləği təqdim edilmiş bank hesabına ödəməlisiniz.
3. Sifarişlərin icrası
Sifarişlərinizi İnvestisiya şirkətinə bildirdikdən sonra isə İnvestisiya şirkəti sifarişinizi sizin istəyinizə uyğun olaraq ya birjada (Bakı Fond Birjası), ya da birjadankənar bazarda icra etmək üçün ticarət sisteminə daxil edir. Sifarişinizə uyğun olaraq, alıcı və ya satıcı tərəf olduqda isə sifarişiniz icra olunur. Bir daha qeyd edək ki, sifarişinizin birjada icrası Sizə bir neçə üstünlük verir. Bu üstünlüklər içərisində isə sifarişinizin bazardakı tələbata uyğun olaraq ən yaxşı qiymətlə icrası xüsusi önəm kəsb edir.
Sifariş icra olunduqdan sonra qiymətli kağızlar alıcının depo hesabına, pul vəsaiti isə satıcının müvafiq bank hesabına gün ərzində avtomatik olaraq köçürülür. Bu baxımdan qiymətli kağızlarla ticarətə başlamadan öncə Bank hesabnızın da olması məqsədəuyğundur.
Marja.az üçün Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
20 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
59 d. əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
1 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib























