Dünyanın 5 qitəsinə xidmət ixrac edən Azərbaycan şirkəti – MÜSAHİBƏ
(®) 2017-ci ildə fəaliyyətə başlayan “Hostimul”, bugün artıq domen qeydiyyatı, hostinq, virtaul, bulud və fiziki serverlərin icarəsi kimi xidmətlərini dünyanın 68 ölkəsinə ixrac edir. "Marja" “Hostimul”un direktoru Rəşad Qafarzadənin müsahibəsini təqdim edir.
- Müsahibəmizə belə bir sualla başlamaq istəyərdim. Hostinq provayderi təsis etmək və beynəlxalq bazara çıxarmaq ideyası hardan yarandı?
- İdeyalar hər zaman ehtiyaclardan və ya fürsətlərdən yaranır. Bu baxımdan bir ideya kimi “Hostimul” da istisna təşkil etmir. Hətta bizdə ideyanın yaranmasında hər iki amil rol oynayıb, deyə bilərəm. İstər Azərbaycan bazarında beynəlxalq standartlara cavab verən keyfiyyətdə xidmətlərin təklif edilməməsi, istərsə də dünya hostinq bazarının parabolik olaraq artan dövriyyəsi bu ideyanın əsas çıxış nöqtələri oldu.
- İki illik fəaliyyət və 5 qitədən 68 ölkəyə xidmət satmaq! Çox ciddi və hətta deyərdim ki, analoqu olmayan bir uğurdur. Xüsusi bir düsturunuz varmı?
- Təəssüf ki, xüsusi uğur düsturumuzu sizə deyə bilmərəm. Çünki, elə bir düsturumuz yoxdur. Biz hamının çox yaxşı bildiyi bir düsturla – zəhmət düsturu ilə işləyirik. Ümumiyyətlə, mən uğurun nə olduğunu dərk edəndən bəri bir uğur düsturu bilirəm – zəhmət çəkmək. Təbii ki, uğurun qazanılmasında bilik, bacarıq, inam kimi digər amillər də var. Amma o amillər tamamlayıcı amillərdir. Bu mənada mən “Hostimul” layihəsinin uğurlu olmasının başlıca səbəbini, təsisçilərindən tutmuş Texniki Dəstək Xidməti əməkdaşlarına qədər hər kəsin bir məqsədə inanaraq bu yolda zəhmət çəkməsində görürəm.
Digər tərəfdən təklif etdiyimiz xidmətlərin rəqəmsal olmasını da bu qədər geniş coğrafiyaya çatmağımızı asanlaşdıran bir amil olaraq saymaq olar. Güman ki, fiziki bir xidmət və ya əmtəə satsaydıq, bu göstəricilərə çatmaq daha çətin olardı.
- İdeyanın ortaya çıxma səbəblərindən biri kimi yerli bazarda keyfiyyətli xidmətin təklif edilmədiyini qeyd etiniz. Bəs indi necə? Keyfiyyətli xidmət təklif edilirmi? Hostimul belə bir təklif edə bilirmi?
- Bəlkə kimlər üçünsə təvazköralıqdan uzaq səslənəcək, amma tam əminliklə deyə bilərəm ki, Hostimul bu gün beynəlxalq keyfiyyət standartlarına cavab verən xidmət təklif edir və göstərir. Məncə, xidmətlərimizin bu qədər geniş coğrafiyada rəğbət görməsi, dövriyyəmizin böyük hissəsini məhz xarici bazarlara edilən satışların formalaşdırması da bunun əyani sübutudur.
- Sizin xidmətləri daha keyfiyyətli edən nədir?
- İlk növbədə infrastrukturu qeyd edə bilərəm. Biz infrastrukturumuzu beynəlxalıq infrastruktur üzərində qurmuşuq. Bütün serverlərimiz Avropada, ABŞ-da müxtəlif datamərkəzlərdə yerləşdirilib. Güclü infrastruktur keyfiyyətli, dayanıqlı, bir sözlə etibarlı xidmət göstərmək üçün ilk şərtdir.
Digər bir üstünlüyümüz, hətta məncə, yerli rəqiblərimizə görə ən böyük üstünlüyümüz 7/24 rejimdə texniki xidmət göstərməyimizdir. Bazarda bunu bizdən başqa edən, edə bilən ikinci bir yerli hostinq provayderi yoxdur. Yəni, məsələ sadəcə xidmətlərin texniki cəhətdən keyfiyyətli olmasında deyil. Keyfiyyətli xidmətdən effektiv istifadə üçün müştərilərə dəstək olmaq da lazımdır.
Bu sadaladıqlarımdan başqa, biz hostinq xidmətlərimizdən bir ay müddətinə pulsuz istifadə də təklif edirik. Müştəri bir ay ərzində heç bir ödəniş etmədən, hətta bank kartı və s. ödəniş məlumatları təqdim etmədən xidmətlərdən pulsuz istifadə edir. Bir ayın sonunda xidmətdən razı qalarsa, davam edir. Razı qalmadığı təqdirdə isə bir qəpik belə ödəmədən xidmətdən imtina edir. Zənnimcə, bu təklif də öz növbəsində xidmətimizin keyfiyyətinə nə qədər güvəndiyimizi göstərir.
- Bəs qlobal şirkətlər necə? Onlardan nə üstünlükləriniz var? Yerli müştərilər niyə onları yox, sizi seçməlidirlər?
- Təbii olaraq, yuxarıda qeyd etdiyim üstünlüklər qlobal provayderlər üçün keçərli olmaya bilər. Çünki, aralırında 15-20 ildir bazarda olan çox ciddi şirkətlər var. Hansı ki, bizim onlardan daha keyfiyyətli xidmət təklif etməyimiz hələki mümkün deyil. Buna baxmayaraq, biz mütəmadi olaraq xidmətlərimiz üzərində işləyirik və onlardan geri qalmamağa çalışırıq. Bu baxımdan, ola bilsin ki, onlardan daha keyfiyyətli xidmət təklif etmirik, amma daha sərfəli qiymətlər təklif edirik. Bu, əsas üstünlüyümüz sayıla bilər. Digər tərəfdən, qlobal şirkətlərdən fərqli olaraq vətəndaşlarımız Hostimul-da öz doğma dillərində dəstək alırlar. İstədikləri vaxt dəstəyi götürüb suallarını verə bilirlər. Hətta bəzən qalxıb ofisimizə gələrək üzbəüz danışıb dəstək alırlar. Sözü gedən qlobal şirkətlərdə isə bu imkanları olmur.
Bir digər üstünlüyümüz isə müqavilə əsasında xidmət göstərə bilməyimizdir. Hansı ki, müəssisə və təşkilatlar üçün bu çox vacib məsələdir. Qlobal şirkətlərlə belə bir müqavilə bağlaya bilmirlər və müqavilə bağalaya bilmədikləri üçün də ödənilmiş xidmət haqqını müəssisənin xərci kimi göstərə bilmirlər.
- Xidmətləriniz üzərində işlədiyinizi dediniz. Hansı işlər görürülür? Müştəriləri, xüsusilə də yerli müştəriləri nə kimi yeniliklər gözləyir?
- Hal-hazırda bu sahənin gələcəyi sayılan tənzimlənə bilən bulud, ingilis dilində desək, “scalable cloud” texnologiyalarıyla bağlı xidmətlər üzərində işləyirik.
Yenilik olaraq isə, bu yaxınlarda yenə yerli bazar üçün bir ilk olan “Tərəfdaşlıq Proqramını” təqdim etdik. Bu proqram vasitəsilə tərəfdaşlıq edən fərd və ya qurumlar vasitəçilik etdikləri hər satışdan 50%-ə dək qazanc əldə edə bilərlər. Proqrama qoşulmaq çox asandır. Hər hansı bir dijital platforması - vebsaytı, bloqu, YouTube kanalı və ya aktiv sosial şəbəkə hesabı olan hər kəs asanlıqla proqrama qoşularaq qazanmağa başlaya bilər.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
8 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
8 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
8 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
8 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə

























