"Sığorta sektorunu çətin günlər gözləyir"
Bir sıra növlər üzrə yığımların kəskin aşağı düşəcəyi gözlənilirHazırda bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyasının təsirinə məruz qalmayan biznes sahəsi yoxdur. Pandemiyanın tüğyan etməsi ilə paralel olaraq dünya bazarlarında neft qiymətlərinin də aşağı düşməsi neftdən asılı olan ölkələrdə daha ciddi problemlər yaratmaqdadır.
Azərbaycan dövlət səviyyəsində pandemiya ilə uğurlu mübarizə aparan ölkələrdən biridir. Lakin pandemiyanın ölkə iqtisadiyyatına, o cümlədən maliyyə bazarlarına mənfi təsirləri də qaçılmazdır. Çünki maliyyə bazarlarının vəziyyəti birbaşa ölkənin ticarət dövriyyəsi, o cümlədən əhalinin və biznes subyektlərinin iqtisadi fəallığı ilə düz mütənasibdir.
Bəs belə bir şəraitdə sığorta bazarında nələr gözlənilir? Mövzunu hüquqşünas, sığorta mütəxəssisi Xəyal Məmmədxanlı şərh edir.
Pandemiyanın sığorta bazarlarına vurduğu ziyanı dəqiq rəqəmlərlə ölçmək hələlik qeyri-mümkündür. Azərbaycanda xüsusi karantin rejiminin başlanması mart ayının son 10 günlüyünə və Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən, mart ayının rəqəmlərində bu təsirləri görmək mümkün deyildir, aprel ayının göstəriciləri isə hələ açıqlanmayıb. Lakin dəqiq rəqəmlərlə ifadə edə bilməsək də, ümumiyyətlə sığorta bazarlarına necə təsir edəcəyini, xüsusilə də hansı sığorta növlərinə daha çox təsir edəcəyini proqnozlaşdırmaq çətin deyil.
Azərbaycan sığorta bazarının strukturuna baxdıqda bəzi sığorta növlərinin sığorta bazarının ümumi həcmində xüsusi çəkisini görürük. Məsələn, həyat sığortaları içərisində ən çox sığorta haqqı toplanan sığorta növü həyatın yaşam sığortasıdır. 2019-cu il ərzində ümumi həyat sığortaları üzrə 216 milyon manat sığorta haqqı toplanmışdı ki, bunun da 166 milyonu həyatın yaşam sığortasının payına düşürdü. Həyatın yaşam sığortasının inkişafına, həmçinin əhalinin bu sığorta növünə marağının artmasına iki əsas amil təkan verir: əhalinin gəlirlərinin, o cümlədən öhdəliklərdən azad - sərbəst gəlirlərinin artması və əhalinin maliyyə, o cümlədən sığorta sektoruna inamı. Birinci faktor əhalinin həyatın yaşam sığortasına ayırmalarını müəyyən edirsə, ikinci faktor sığorta müddəti ərzində sığortalının vəsaitlərinin qorunacağına və geri qaytarılacağına əminliyini əks etdirir. Pandemiya isə bu iki amilin hər ikisini ciddi zərbə altında qoyub. Birincisi, əhalinin gəlirləri kəskin şəkildə aşağı düşüb, bir çox sahələrdə iş dayanıb, əmək haqları azaldılıb və dolayısı ilə insanların böyük əksəriyyəti əllərində nağd vəsait saxlamağa, qeyri-müəyyənlik şəraitində yalnız ən təməl ehtiyacları barədə düşünməyə başlayıblar.
İkincisi də əhalinin maliyyə sektorunun dayanıqlığına inamının yeni-yeni güclənməyə başladığı bir zamanda dörd bankın likvidlik problemi səbəbindən fəaliyyətini dayandırması, əhalinin banklardakı əmanətləri ilə bağlı narahatlıqları növbəti dəfə onları öz pulları və onları əmanət edəcəkləri sığorta şirkəti barədə düşünməyə vadar edəcəkdir. Nəticə olaraq, həyat sığortalarında azalmaların olacağı şübhəsizdir.
Həyat sığortaları ilə yanaşı, əhalinin gəlirlərindən və istəklərindən asılı olan bütün digər könüllü sığorta növlərində də vəziyyət dəyişəcək. Bütün növ nəqliyyat vasitələrinin (su, hava, quru) könüllü sığortasında yığımlar kəskin aşağı düşəcəkdir. Nəzərə alsaq ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri mülki aviasiya sektorudur və hazırda aviasiya şirkətlərini sığortadan daha çox, ayaq üstə qalmaq məsələsi düşündürür. Digər tərəfdən, intensiv uçuşlar həyata keçirilmədiyinə görə sığortaya olan tələbat da sıfıra enib. Eyni yanaşmanı avtomobil sektoruna, dəniz nəqliyyatına da şamil etmək mümkündür. Könüllü sığortalar içərisində pandemiyadan birbaşa təsirlənən növlərdən biri, hətta birincisi səyahət sığortalarıdır. Bazarımızda çəkisi çox olmasa da, demək olar ki, məlum səbəblərdən aprel və may aylarında, bəlkə daha sonra da səyahət sığortası üzrə yığımlar, demək olar ki, sıfıra yaxın olacaqdır. Yük sığortaları üzrə yığımların da kəskin aşağı düşəcəyi gözlənilir.
Sığorta bazarında həcminə görə ikinci yeri tutan icbari sığortalara da məlum təsirlərin olacağı şübhəsizdir. Məsələn, 2019-cu ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 100 milyon manatdan artıq olmuşdu. Lakin ölkədə xüsusi karantin rejimi başlandıqdan və icazə sistemi tətbiq olunduqdan, o cümlədən paytaxt və bölgələr arasında hərəkət məhdudlaşdırıldıqdan, həmçinin rəsmi olaraq "sığortasız maşınlar radara düşməyəcək" açıqlamasından sonra bu sığorta növünə maraq kəskin şəkildə aşağı düşdü. Üstəlik də evdən çıxmayan vətəndaşlar avtomobillərini sığortalamağı təxirə saldılar. Bir neçə gün öncə isə Mərkəzi Bankın sığorta şirkətlərinə sığorta haqqının ödənilməsində vətəndaşlara 31 sentyabra qədər möhlət verilməsini tövsiyə etməsi də yığımları azaldacaqdır.
İcbari sığorta sinfinə daxil olan digər sığorta növlərində də azalmalar müşahidə olunacaqdır. Vətəndaşların daşınmaz əmlakının icbari sığortası məsələsi ötən ilin sonlarında və yanvar ayı boyunca gündəmi zəbt etsə də, daha sonra cərimələrin tətbiq olunmasının qeyri-mümkünlüyü barədə rəsmi məlumatlar onsuz da yığımları azaltmışdı, pandemiya dövründə isə məsələ unudulmaqla yanaşı, həm də növbəti dəfə təxirə salınmış oldu. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeyri-yaşayış sahələrinin icbari sığortası da həm fəaliyyətlərinin dayanması, həm də gəlirlərinin aşağı düşməsi nəticəsində bir müddət ləngiyəcəkdir.
Pandemiya icbari sığortalar içərisində xüsusi çəkiyə malik olan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növündən də kənar keçməyəcək. Birincisi, ona görə ki, müəssisələrdə fəaliyyətin bərpa olunması, o cümlədən sığorta müqavilələrinin yenilənməsi zaman alacaq. İkincisi, yeni əməkdaşların işə qəbulu əvvəlki dövrə nisbətən xeyli azalacaq, üçüncüsü, sığorta haqqının hesablanması üçün baza rolunu oynayan illik əməkhaqqı fondlarına böhran səbəbindən yenidən baxılacaqdır.
Sığorta bazarında çəkisi az olsa da, sərnişinlərin icbari sığortası da şəhərlərarası və beynəlxalq sərnişin daşımaları demək olar ki, tamamilə dayandırıldığına görə birbaşa zərbə alan sığorta növlərindən olacaqdır.
Nəticə etibarilə onu qeyd edə bilərəm ki, sığorta sektorunu çətin günlər gözləyir. Təbii ki, vəziyyətin nə dərəcədə ciddiliyi pandemiyanın müddətindən, o cümlədən əhalinin normal iş fəaliyyətinə dönməsindən, biznesin normal axarına düşməsindən bilavasitə asılı olacaqdır. Eyni risklər və tendensiya bütün dünyada müşahidə olunsa da, sığorta mədəniyyətinin hələ tam formalaşmadığı, inkişaf etmiş ölkələrlə müqayisədə əhalinin gəlirlərininin aşağı olduğu və ehtiyac siyahısında sığorta xərclərinin sonuncu yerlərdən birini tutduğu ölkələrdə isə vəziyyət daha da ciddi hal ala bilər. Hesab edirəm ki, mövcud durum üç aydan artıq davam edərsə, sığorta sektoruna da dövlət dəstəyi qaçılmaz olacaqdır.
"Vergilər"
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
6 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
6 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
6 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
6 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)












