“Standard” brendi Azərbaycanın maliyyə bazarını tərk etmək üzrədir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin ötən gün qəbul etdiyi qərarla 3 illik fasilədən sonra ölkədə daha bir sığorta şirkəti bağlandı – “Standard Insurance” ASC bazardan kənarlaşdırıldı. Bununla da, “Standard” brendinin Azərbaycanın maliyyə bazarını tərk etməsi istiqamətində daha bir addım atıldı.
Keçmiş nazirin holdinqi
“Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən “AB Standard” QSC Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərirdi. Holdinqin keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olması kimsəyə sirr deyil. Onun oğulları müxtəlif vaxtlarda holdinqə daxil olan şirkətlərin rəhbərliyində təmsil olunublar. “AB Standard”ın tərkibinə “Standard Insurance”lə yanaşı lisenziyası ləğv olunmuş “Bank Standard” QSC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş “Standard Kapital” MMC, eləcə də “Standard Lizinq” MMC daxildir.
Keçmiş “Most-Bank”
Uzun illər Azərbaycanın aparıcı, sistem əhəmiyyətli banklarından biri olan “Bank Standard” maliyyə bazarına 1998-ci ildə, Rusiyanın “Most Bank”ın törəməsi kimi daxil olmuş, 2000-ci illərin əvvəllərində rebrendinq etmişdi. Bazarda bir çox yeniliklərə imza atan “Bank Standard”Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra ciddi problemlərlə üzləşdi və öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdi. Bankın xilas edilməsi istiqamətində görülən tədbirlər nəticə vermədiyindən 2016-cı ildə onun bazardan kənarlaşdırılmasına - lisenziyasının ləğv edilməsinə qərar verildi və ləğvetmə prosesi hələ də, davam edir.
Banka bağlı sığorta şirkəti
Ötən gün lisenziyası ləğv edilmiş “Standard Insurance” Sığorta Şirkəti isə maliyyə bazarına 2002-ci ildə daxil olub. Onun da üzləşdiyi problemlərin kökü devalvasiyaya və bağlı olduğu bankın – “Bank Standard”ın maliyyə vəziyyətinin pisləşməsinə gedib çıxır. Əksər yerli sığorta şirkətləri kimi “Standard Insurance”in da topladığı sığorta haqlarında bank kreditləri həlledici rola malik olub. Odur ki, “qohum” bankın bağlanmasından keçən 3-4 il ərzində sığorta şirkətinin problemləri getdikcə dərinləşib, maliyyə qurumu kapitalını itirib, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməyib.
Yeni qanuna uyğunlaşa bilməyən şirkət
“Standard Kapital” investisiya şirkəti isə maliyyə bazarına 2004-cü ildə daxil olub və 11 il normal fəaliyyət göstərib. 2016-cı ildə Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qüvvəyə minməsi onun fəaliyyətinin dondurulması ilə nəticələnib.
Brendin yeganə təmsilçisi
Hazırda “Standard” brendi maliyyə bazarında yalnız “Standard Lizinq”lə təmsil olunur. 2006-cı ildə yaradılmış bu şirkət hələ ki, “ayaq üstə qalmağı” bacarır. Bununla belə, son 5 ildə “AB Standard”a məxsus 3 maliyyə qurumunun bağlanması belə deməyə əsas verir ki, “Standard” brendi bazarı tərk etmək üzrədir.
©️ Report
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
21 d. əvvəl
Azərbaycanda 200 min tonluq yeni ilkin alüminium zavodu üçün investor axtarılacaq
-
- 23 d. əvvəl
-
26 d. əvvəl
Xam metaldan son məhsula: Azərbaycanda alüminium ilə bağlı plan dəyişir
-
29 d. əvvəl
Qərb Sənaye Parkı üçün infrastruktur və güzəştli dəmir yolu tarifi planlaşdırılır
- 32 d. əvvəl
-
34 d. əvvəl
Daşkəsəndə zavodlar arasında 45 kilometrlik boru kəməri çəkiləcək
- 36 d. əvvəl
-
40 d. əvvəl
Daşkəsəndə filizdən son məhsuladək yeni sənaye zənciri qurulacaq
- 52 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanda mədən və metallurgiya üçün beynəlxalq laboratoriya yaradılacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Daşkəsəndə zavodlar arasında 45 kilometrlik boru kəməri çəkiləcək
Daşkəsəndə yeni Zənginləşdirmə zavodu tikiləcək
Ən çox oxunanlar
Daşkəsəndə filizdən son məhsuladək yeni sənaye zənciri qurulacaq
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın geoloji məlumatları vahid elektron sistemdə toplanacaq
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Azərbaycanda “Yerin təki haqqında” yeni qanun hazırlanacaq























