Azərbaycan Respublikasının İqtisadi Şurası yaradıldı
Şura ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflər hazırlayacaq.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Fərman postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alınıb.
Marja-nın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb.
2. Şuranın aşağıdakı tərkibi təsdiq edilib:
Şuranın sədri
Azərbaycan Respublikasının Baş Naziri
Şuranın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Azərbaycan Respublikasının Maliyyə naziri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib.
Şuraya, ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ləğv edilib.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda POS-terminalların sayı bir ayda 23,6 min ədəd azalıb
-
5 saat əvvəl
Türkiyənin məşhur qəhvə şəbəkəsinin 70%-i ərəb şirkətinin nəzarətinə keçir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Polşanın “Asseco” İT şirkəti Azərbaycanda filial açmağı nəzərdən keçirir
-
7 saat əvvəl
İndoneziya Azərbaycandan dəmir filizi almağı nəzərdən keçirir
-
9 saat əvvəl
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
-
11 saat əvvəl
“Atəşgah” Sığorta Şirkətinin sədrinə İcbari Sığorta Bürosunda vəzifə verilib
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Tramp: Çinlə münasibətlərdə böyük irəliləyiş əldə etmişik
İndoneziya Azərbaycandan dəmir filizi almağı nəzərdən keçirir
Ən çox oxunanlar
Lizinq şirkətindən 1 milyon manatlıq səhm buraxılışı – yerləşdirmə tarixi açıqlandı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olub
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
“KollektA”nın səhmlərinə 3 investor pul yatırdı
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək

























