"Sığorta təhsili verən fakültələrin dayandırılması hələ də cavabsız sual olaraq qalır"
Kadr potensialının formalaşdırılması və mütəxəssis hazırlıqlarının doğru təşkil olunması hər bir sektor və seqmentin inkişafını şərtləndirən başlıca nüanslardandır. Sığorta sahəsində də mütəxəssislərin hazırlanması və onların fəaliyyət keyfiyyətinin artırılması bütün zamanlar üçün prioritetdir. Bəs indiki məqamda bu hansı şəkildə həyata keçirilir?
Azərbaycan Sığortaçılar Assosiasiyası bu sualı media üçün cavablandırıb.
Təəssüflə bildirmək istəyirik ki, bu gün Azərbaycanda heç bir ali təhsil müəssisəsində sığortanın tədrisini həyata keçirən ayrıca fakültələr fəaliyyət göstərmir. Doğrudur, əvvəlki illərdə bu kimi fakültələr bir qism universitetlərdə mövcud idi. Lakin sığorta təhsili verən o fakültələrin fəaliyyətinin dayandırılması hələ də cavabsız sual olaraq qalır. Təbii olaraq bu hal sığorta sahəsində keyfiyyətli kadr hazırlıqları prosesinə öz mənfi təsirini göstərməkdədir. Hesab edirik ki, növbəti tədris ilindən sığorta təhsili ilə bağlı ayrıca fakültələrin fəaliyyətinin yenidən bərpa olunması sektorun inkişafına əvəzsiz təkan vermiş olar.
Bütün bunlara baxmayaraq Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Mərkəzi Bankı ilə birlikdə sığorta sektorunun inkişafını stimullaşdıran, sığortaçıların maneəsiz fəaliyyətini təmin edən layihələrlə yanaşı həm də lokal bazarda maarifləndirmə işlərinin həyata keçirilməsində də maraqlıdır. Bu istiqamətdə növbəti mərhələ üçün nəzərdə tutulan layihələrin sığorta bazarına yeni və keyfiyyətli kadrların cəlb olunmasına müsbət töhvə verəcəyinə əminik.
Sığortada yeni kadrların yetişdirilməsində yerli mütəxəssislərlə yanaşı, dünya təcrübəsindən də istifadə nəzərdə tutulur. Belə ki, xüsusilə Türkiyə sığorta sisteminin bu günə qədər qazanmış olduğu geniş təcrübənin yerli bazara inteqrasiyası münasib hesab olunur. Yeni mərhələdə Türkiyə sığortaçıları ilə qurulacaq qarşılıqlı əlaqələr lokal bazarın qlobal tendensiyalara cavab verəcəyi gerçəyi ilə yanaşı, həm də keyfiyyətli kadr hazırlıqlarına da müsbət təsirini göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
-
12 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib






















