"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"
"Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib.
Dövlətimizin başçısı deyib: “Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbr versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir”.
Prezident çıxışında deyib
"Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür.
Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
22 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 20 saat əvvəl
-
22 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
23 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























