"Ermənilər ilə bir yerdə yaşamağa hazır olmalıyıq"
“Azərbaycan xalqı çox xeyirxah xalqdır, məhz ona görə Azərbaycanda digər xalqların nümayəndələri sülh, barış və ləyaqət içərisində yaşayır. Ona görə də mən əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə də bir yerdə yaşaya bilərlər. Necə ki, Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda yaşayırlar”.
Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, Gürcüstanda 300 mindən çox azərbaycanlı, 200 mindən çox erməni əhalisi var:
“Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar və onların arasında hər hansı problem çıxmır. Onlar normal qonşu kimi yaşayırlar. Rusiyada, Ukraynada, digər ölkələrdə... Nə üçün burada bunu edə bilmərik? Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazır etməliyik. Bax mənim bu gün sizə dediyim sözlər Azərbaycan xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də mənim müraciətimdir. Onlar da bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Azərbaycan xalqının buna haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Buna heç vaxt razı ola bilmərik”.
Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, hər bir müharibə sülhlə nəticələnir: “Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə yardımçı olarsa, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq, amma biz çalışmalıyıq ki, buna nail olaq”.
“Dağlıq Qarabağda yaşayan ermənilərin canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”
Prezident İlham Əliyev qeyd edib ki, barışdan sonrakı dönəmlə bağlı Azərbaycanın mövqeyində hər hansı dəyişiklik yoxdur:
“Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk Qrupu çərçivəsində artıq 5 rayon, ondan sonra 2 rayon olaraq təsbit edilib. Ondan sonra Dağlıq Qarabağın içindən - Şuşadan, Xankəndidən və orada bir çox kəndlərdə ki, azərbaycanlılar yaşayıb ora Azərbaycan vətəndaşları qayıdır. Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona görə biz orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və onların rifahı artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya investisiya da qoyarıq, biz orada sosial proqramları da icra edərik. İş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi, dini abidələrini yerlə bir etmək və ondan sonra buranın qədim Ermənistan torpağı olduğunu elan etməkdir. Halbuki ermənilər ora çar Rusiyası tərəfindən XIX əsrin əvvəllərində köçürülüb. Bu, tarixdir, bu tarixi biz bilirik. Ona görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir”.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
48 d. əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
57 d. əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
1 saat əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
1 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Ən çox oxunanlar
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub


















.jpg)



