Erməni işğalının Azərbaycan sığorta bazarına vurduğu zərərləri açıqlandı
Azərbaycan Sığortaçılar Assosiasiyasının analitik araşdırma qrupu təcavüzkar Ermənistanın bu günə qədər işğalı altında olmuş əzəli Azərbaycan ərazilərinin sığorta potensialını araşdırıb.
ASA-dan Marja verilən məlumata görə, 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olmuş Azərbaycan əraziləri hər bir iqtisadi sahədə olduğu kimi sığorta sektoru üçün də böyük potensiala malikdir. Qeyd olunan müddət ərzində Azərbaycan ərazilərinin 20%-nin işğalda olması sektora əhəmiyyətli dərəcədə itki qazandırıb.
Belə ki, bu günə qədər işğal altında saxlanmış şəhər və kəndlərimizdə 1993-cü il, yəni işğal olunduğu tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 1 ilə 4 milyon 985 min 100 manat, işğal altında olmuş 30 ilə isə 149 milyon 553 min manat yığım təmin edə bilərdi. Bu, sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ölkə iqtisadiyyatının sığorta bazarından təmin edə biləcəyi və düşmən işğalı səbəbilə itirdiyi maddi vəsaitdir. Bu qəbildən yüklərin sığortası, vətəndaşların fərdi sığortası, eyni zamanda elektrik, qaz, su kommunikasiya xətlərinin sığortası, kənd təsərrüfatı sığortası, avtomobillərin sığortası, irriqasiya sistemlərinin sığortası və s. nüansları da nəzərə alsaq görərik ki, 30 illik erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə 1 milyard manata yaxındır.
Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, ASA və sığorta bazarının hər bir iştirakçısı birlikdə intensiv olaraq aparacaqları iş nəticəsində bu itkilərin ən tez zamanda bərpa edilməsinə və Azərbaycan iqtisadiyyatının inkişafında bu faktorun doğru və uğurlu şəkildə dəyərləndirilməsinə nail olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 d. sonra
- 14 d. əvvəl
- 28 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb























