"İcazələrin Alınması Sistemi" yenidən aktivləşdirildi - İSTİFADƏ QAYDASI
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Agetliyin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də qeyd olunan tarixlərdə fəaliyyət göstərəcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarı əsasında fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda “icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər. Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər.
Sistemdən istifadəyə dair daha ətraflı məlumat üçün təlimat videosu: https://youtu.be/RCVtH5YyEIg
Vətəndaşlar isə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməlidirlər:
1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 saat müddətinə verilir;
2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 3 saat müddətinə gündə 1 dəfə verilir;
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur.
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 "Çağrı" Mərkəzinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
-
39 d. əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub




















.jpg)



