Həyat sığortası 14%, qeyri-həyat sığortası isə 3% artıb
2020-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 303 milyon 744 min manat sığorta haqqı toplanılıb. Bu, 2019-cu illə müqayisədə 13,6% çoxdur.
Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 424 milyon 890 min manat təşkil edib. Bu isə illik müqayisədə 2,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 283 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,1% artaraq 182 milyon 153 min manata çatıb.
Beləliklə, 2020-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 93,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 42,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ildə müvafiq olaraq 46,7 manat və 42,7 manat olub.
Könüllü sığorta 10%, icbari sığorta isə 1% artıb
2020-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 502 milyon 769 min manat sığorta haqqı toplanılıb. Bu, 2019-ci illə müqayisədə 10,1% çoxdur.
Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 0,6% artaraq 225 milyon 865 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 378 milyon 741 min manat təşkil edib ki, bu da illik müqayisədə 71,45% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 7,2% azalaraq 86 milyon 412 min manata düşüb.
Beləliklə, 2020-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 75,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ildə 48,4 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 38,3 manatdan 35,9 manata düşüb.
®️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 39 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
























