"İşəgötürənlər İcbari həyat sığortası üzrə bu cərimələr ilə qarşılaşa bilərlər"
İşəgötürənlər İcbari həyat sığortası üzrə bu cərimələr ilə qarşılaşa bilərlər.
Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlər tərəfindən İcbari həyat sığortası kimi tanınan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünün əldə edilməsinə nəzarətin gücləndirildiyi və qanun pozuntusunun qeydə alındığı müəssisələrdə cərimələrin tətbiq ediləcəyi haqqında məlumat yayıb.
“Atəşgah Həyat” SŞ-nin də təqdim etdiyi bu sığorta növünün əmək fəaliyyətində nə kimi rolu olduğu və cərimələrdən yan keçməyin necə mümkün olduğu haqqında şirkətin Mühüm müştərilərlə iş şöbəsinin müdiri Vüqar Hüseynlinin verdiyi müsahibəni nəzərinizə çatdırırıq.
- “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları” dedikdə nə nəzərdə tutulur? Sığorta qanunvericiliyinə görə hansı hallar bu sığorta növü çərçivəsində tənzimlənir?
- Bu sığorta növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi hallarını və ya ölümü ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi qaydalarını tənzimləyir. Burada sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi və yaxud ölümü ilə əlaqədar qanuna görə faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal sayılır.
- Bu sığorta növünün iş fəaliyyətində əhəmiyyəti haqqında da fikirlərinizi bilmək istərdik. İşəgötürənlər və işçilər bu sığorta növü ilə sığortalanmış olduqda nə kimi üstünlüklər əldə edirlər?
- Sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş əmək haqqının əvəzində ona sığorta şirkəti tərəfindən pul təzminatı ödənilir. Zərərçəkmiş, aldığı pulu istədiyi kimi müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, xüsusi nəqliyyat vasitəsinin əldə edilməsinə və ya istənilən başqa yerə xərcləyə bilər.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci ildə keçirdiyi reydlərin nəticəsi olaraq, bəzi işəgötürənlərin sözügedən sığorta növü üzrə sığorta şirkəti ilə müqavilə bağladıqları, lakin sığorta haqqını ödəmədiyi və sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Belə hallarda işəgötürənləri hansı təhlükələr və cərimələr gözləyir?
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2. maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir .
-Bəs qeyd etdiyiniz cərimələrdən necə yan keçmək olar?
- Yalnız vaxtında sığortalanaraq və qanunun tələblərinə riayət etməklə.
-Hal-hazırda sığorta bazarında bu sığorta növü üzrə ümumi göstəricilər necədir? Ötən illərə nisbətən 2021-ci ildə bu sığorta növünün tətbiqi üzrə hansı dəyişikliklər və yeniliklər gözlənilir?
- Sığorta haqları əvvəlki illərə nisbətən artıb. Buna səbəb isə Azərbaycanda özəl sektorun inkişafıdır. Sığorta müqavilələri artıq elektron hökümət portalı üzərindən bağlanılır. Bu portal e-gov.az hökümət portalı ilə bağlı olduğu üçün sığortalılara və sığorta şirkətlərinə asanlıq və rahatlıq yaradır. Hesablaşmalar daha sürətli və dəqiq aparılır. Buna baxmayaraq, əlavə dəyişikliklər və təkmilləşdirilmələr tələb olunur. Ümid edirik ki, yaxın zamanlarda portalda yeni funksiyalar yaradılıb istifadəyə veriləcək.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
1 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
4 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
4 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
Oktyabrın 2-də gözlənilən hava şəraiti

























