“İcbari Həyat Sığortası” üçün hansı şirkətə müraciət edək?
(®️) Son zamanlar əhalinin, əsasən də sahibkarların hər yerdə qarşılaşdığı “İcbari Həyat Sığortası” ilə bağlı daha ətraflı məlumat vermək istəyərdik. Beləliklə, bəzi suallara aydınlıq gətirmiş olacağıq.
Nədir?
-“İcbari Həyat Sığortası” istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi halları üçün nəzərdə tutulmuş sığortadır. İşəgötürənlər, sahibkarlar, dövlət orqanları, idarələr, müəssisələr, ümumiyyətlə, VÖEN-i olan hər bir şəxs özünü və əməkdaşlarını bu növ üzrə sığorta etdirməlidir.
Sığorta təminatı hansı hallarda nəzərdə tutulub?
-İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm;
-İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi.
Bəs bu nə dərəcədə vacibdir?
-Çox vacibdir, çünki sığortanın bu növü icbaridir, yəni qanunvericiliyin tələbinə əsasən bütün hüquqi və fiziki şəxslər bu məhsulu əldə etməlidirlər. Bununla da onlar hər hansı bədbəxt hadisə zamanı işçinin və ailəsinin itirilmiş gəlirini bərpa etmə şansı əldə edirlər.
Olmadığı təqdirdə nə olur?
-Bildirmək istəyirik ki, nəzərdə tutulan sığorta olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər 5000 AZN, vəzifəli şəxslər 1500 AZN, fiziki şəxslər isə 500 AZN məbləğində cərimələr olunur.
Bu sığorta növünü əldə etmək üçün nə etməliyik?
-“İcbari Həyat Sığortası” ilə bağlı ətraflı məlumatı (012) 942 qaynar xəttinə zəng vuraraq əldə edə bilərsiniz. Əlavə olaraq, “PAŞA Həyat Sığorta” ASC-nin rəsmi saytına daxil olaraq (https://pasha-life.az/icbari-onlayn-muraciet) müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 5 saat sonra
- 3 saat əvvəl
-
5 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
























