Azərbaycanda könüllü sığorta 6%, icbari sığorta isə 15% artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 222 milyon 416 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 6% çoxdur.
Ötən 4 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 14,9% artaraq 116 milyon 691 min manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 129 milyon 373 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 61,15% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 99,4% və yaxud təxminən 2 dəfə artaraq 50 milyon 417 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-aprel aylarında 38,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24,9 manatdan 43,2 manata çatıb.
Həyat sığortası 16%, qeyri-həyat sığortası isə 5% artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 134 milyon 305 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 16,1% çoxdur.
Ötən 4 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 204 milyon 802 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2 dəfə artaraq 102 milyon 51 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40% artaraq 77 milyon 738 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 76 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-aprel aylarında müvafiq olaraq 43,2 manat və 28,4 manat olub.
Marja.az Telegramda: https://t.me/marjaaz
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















