"Sığortalanan heyvan və bitkilərin siyahısı genişlənəcək"
"Sığortalanan heyvan və bitkilərin siyahısı genişlənəcək".
Marja xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.
O qeyd edib ki, Fond tərəfindən hökumətə aqrar sığorta predmetlərinin, yəni sığortalanacaq bitkilərin siyahısının genişlənməsi ilə bağlı təkliflər təqdim edilib:
"Bu təkliflərə əsasən həmin siyahıdakı bitkilərin 45-ə çatdırılması gözlənilir. İlkin olaraq deyim ki, bura yonca, soya, soğan, demək olar ki, əksər meyvələr, bostan bitkiləri və başqaları aiddir. Sığortalanan heyvanların da siyahısı genişlənəcək. Artıq südlük inəklərlə yanaşı, iribuynuzlıu ətlik heyvanlar və xırdabuynuzlu heyvanların - qoyun və keçi təsərrüfatlarının da sığortalanması mümkün olacaq. Eləcə də arı təsərrüfatları da sığortalana biləcək. Yəni, aqrar sığorta mexanizmi ildən-ilə genişlənəcək və xidmətlərin əhatə dairəsi böyüyəcək".
Qeyd edək ki, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini, kənd təsərrüfatı heyvanlarından isə südlük inəkləri sığortalamaq mümkündür. Yeri gəlmişkən, qarşıdakı aylarda bu siyahı həm bitkilər, həm də heyvanlar üzrə genişlənəcək. Sığorta tarifləri və sığorta haqlarına gəlincə, Aqrar Sığorta Fondu bu barədə daim ictimaiyyəti məlumatlandırır. Heyvanların sığortalanması üçün tariflər 6,1%-9,5% arasında dəyişir. Sığorta haqqının yarısını da dövlət ödəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















