825 milyon manat bu xərclərə yönəldilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 824,3 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 68,8 mln. manat və ya 9,1 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib.
2017-ci ilin üç ayı ərzində əhaliyə 21,5 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 20 faizi hamiləliyə və doğuma görə, 24 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,8 faizi dəfn üçün, 39,2 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
2017-ci il aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 318,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir. Onların 59,3 faizi yaşa, 29,2 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 200,3 manat təşkil etmiş və orta aylıq əmək haqqının 38,9 faizinə bərabər olub.
2017-ci il aprelin 1-i vəziyyətinə 374,9 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 19,1 min nəfər, əlilliyə görə - 154,7 min nəfər, ailə başçısını itirməyə görə - 43,4 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 71,9 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 53,7 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 421 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 3243 nəfər bir yaşadək uşağa görə 3188 ailəyə və beşdən çox uşağı olan 3,1 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilib.
2017-ci ilin üç ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30153 nəfərə, o cümlədən 24257 uşağın doğulmasına görə, 3938 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1143 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 815 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.
Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 439 nəfər zərərçəkən kompensasiya alıb.
Ölkədə 140,8 min aztəminatlı ailənin 587,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 5,3 faiz artıb.
Azərbaycan prezidentinin təqaüdünü almış şəxslərin sayı 58,2 min nəfər olub.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
22 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
5 d. əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 36 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
-
48 d. əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Ən çox oxunanlar
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma





















