Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlirlərini artırıb, xərclərini azaldıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ildə 19 milyon 957 min manat gəlir əldə edib.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 2,8% çoxdur.
Komitənin gəlirlərinin 85,4%-i və yaxud 17 milyon 38 min manatı qeyri-birja əməliyyatlarından əldə olunub (dövlət büdcəsindən ayırmalardır). Bu, illik müqayisədə 8,3% azdır. Ötən il qurumun birja əməliyyatlarından gəlirləri 3,9 dəfə artaraq 2 milyon 919 min manata çatıb, sair əməliyyatlardan gəlirləri isə 100% azalıb.
Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xərcləri isə 17 milyon 274 min manat və yaxud əvvəlki ilə nisbətən 5,25% az olub. O cümlədən Komitənin əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 2,1 dəfə artaraq 5 milyon 848 min manat, sərf etdiyi materialların dəyəri 40% azalaraq 69 min manat, amortizasiya xərcləri 96,65% artaraq 180 min manat, sair əməliyyat xərcləri isə 26,7% azalaraq 11 milyon 176 min manat təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
5 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ






























