Azərbaycanın könüllü tibbi sığorta bazarı kiçilib
2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 72 milyon 908 min manat sığorta haqqı toplanıb.
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 1,8% azalıb.
Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 37 milyon 807 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% azdır.
Qeyd edək ki, ümumi könüllü sığorta növləri üzrə yanvar-iyul aylarında yığımlar 364 milyon 792 min manat, ödənişlər isə 228 milyon 184 min manat təşkil edib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,1% və 21,4% çoxdur.
Xatırladaq ki, 2021-ci Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 528 milyon 258 min manat məbləğində sığorta haqqı toplanılıb və 301 milyon 179 min manat ödəniş olunub. Bu, illik müqayisədə müvafiq olaraq 11,8% və 32,6% çoxdur.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















