"Abonentlərdən hər hansı ödəniş tələb olunmur" - 28 MİNƏDƏK SAYĞAC QURAŞDIRILACAQ
Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihənin icrasına başlanılıb.
AC-nin yaydığı məlumatda bildirilir ki, hazırda Bakı və Sumqayıt şəhərlərində, həmçinin ətraf qəsəbələrdə icra olunan layihə çərçivəsində binaların daxilində yerləşən dik qayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, hər bir abonent sayğacla təmin olunur.
İstehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə həyata keçirilən layihə Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai və Qaradağ rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda sovet dövründə tikilmiş 430 yaşayış binasını və bəzi ərazilərdə fərdi yaşayış evlərini əhatə edir. Bu məqsədlə mənzillərdə və fərdi yaşayış evlərində 28 minədək sayğacın quraşdırılması nəzərdə tutulur. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə çərçivəsində artıq 3 mindən çox sayğac quraşdırılıb.
Təsdiqlənmiş layihəyə uyğun olaraq podratçı şirkətlər tərəfindən yeni çəkilmiş su xətləri mənzillərin daxilində mövcud sistemlərə birləşdirilir. Bəzi hallarda vətəndaşlar mənzillərin daxilində layihədə nəzərdə tutulmayan əlavə su xətlərinin çəkilməsi və ya digər işlərin görülməsini tələb edirlər. Belə olan halda vətəndaşlar həmin işləri podratçı təşkilatla qarşılıqlı razılaşma əsasında öz vəsaiti hesabına və ya kənardan usta cəlb etməklə həyata keçirə bilər. Mənzilin daxilində layihədə nəzərdə tutulmayan işlərin görülməsinə və vəsaitin ödənilməsinə görə “Azərsu” ASC heç bir məsuliyyət daşımır.
Yeni xətlərin çəkilməsi, sayğacların quraşdırılması və layihəyə uyğun olaraq mənzildaxili birləşmələrin görülməsinə görə abonentlərdən hər hansı ödəniş tələb olunmur. Vətəndaşlar belə hallarla qarşılaşarsa bu barədə “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, sovet dövründə tikilmiş binaların əksəriyyətində daxili su təchizatı sistemləri şaxtalarda quraşdırlıb. Dik dayaqlar uzun müddət istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur. Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması ilə su axıntılarının qarşısını alınacaq, eyni zamanda su xətlərinin istismarı və sayğacların oxunması asanlaşamaqla xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Eyni zamanda hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması və debitor borcların yaranmamasına gətirib çıxaracaq.
2013-cü ildən binadaxili su təchizatı sistemləri “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 1 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
11 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 12 saat əvvəl
-
12 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
12 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
12 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
14 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
14 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
15 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı



























