Ukraynada Azərbaycan texnologiyasına əsaslanan layihənin tətbiqinə start verilib

25-26 may tarixlərində Buça (Kiyev vilayəti, Ukrayna) şəhərində Ukraynanın Xüsusi rabitə və informasiyanın mühafizəsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən “İnformasiya-telekommmunikasiya sistemlərində informasiya təhlükəsizliyi” adlı XIX Beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Azərbaycanda “Asan İmza” layihəsinin həyata keçirilməsi təcrübəsi nümayiş etdirilmiş, eləcə də bu texnologiyanın Ukraynada reallaşdırılması üçün vacib olan reqlamentlərin qəbul edilməsi məsələləri müzakirə edilmişdir.
“B.est Solutions” şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, konfransın gedişatı zamanı informasiyanın mühafizəsi sahəsində qanunvericilik və normativ, kibermühitdə informasiya təhlükəsizliyinin təmin edilməsinin aktual məsələləri, xüsusi rabitənin müasir radiotexniki vasitələrinin yaradılması perspektivləri və problemləri, mühafizə olunan müasir informasiya şəbəkələrinin yaradılması və istismarı üçün texniki həllər və təkliflər, informasiyanın qorunması sahəsində kadrların hazırlanması sisteminin aktual məsələləri kimi istiqamətlər üzrə informasiyanın mühafizəsinin təmin edilməsinin hüquqi, elmi, texniki və iqtisadi aspektlərini müəyyənləşdirən açar problemlərin geniş spektri müzakirə edilmişdir.
Plenar iclasda informasiya təhlükəsizliyi sahəsində başlıca nailiyyətlər və problemlər haqqında məsələlərə baxılmış və Ukraynanın Dövlət xüsusi rabitə xidmətinin, Prezident və Ali Rada Administrasiyasının, Ukrayna Milli Bankının rəhbərləri, Ukraynanın nazirlik və idarə, eləcə də aparıcı Ukrayna və xarici müəssisələrin nümayəndələrinin çıxışları dinlənilmişdir ki, onların sırasına “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan “B.est Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe də daxil olmuşdur. Plenar iclasda məruzə çərçivəsində xanım Yana Krimpe qeyd etmişdir ki, yüksək təhlükəsizlik səviyyəsinin beynəlxalq standartlarına cavab verən “Asan İmza” rəqəmsal mobil identitet texnologiyası elektron xidmətlərin göstərilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi, istifadəçilərin fərdi məlumatlarına qeyri-qanuni giriş risklərinin qarşısının alınması üçün ən vacib alət hesab edilir. Məruzə zamanı rəqəmsal ticarət habı (Digital Trade Hub of Azerbaijan) layihəsi və Ukrayna ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərin potensialı nümayiş etdirilmişdir. Azərbaycanın innovasiyasının təqdimatı konfrans iştirakçıları arasında böyük marağa səbəb olmuşdur.
“”B.est Solutions” şirkəti və “Asan İmza” komandası Azərbaycanın “Asan İmza” kimi innovativ brendinin müxtəlif ölkələrə ixracı istiqamətində intensiv işlər aparmaqdadır. Biz ümid edirik ki, “Asan İmza” əhalinin geniş təbəqəsinə elektron xidmətlərin göstərilməsi zamanı nəinki innovativ identitet olacaq, həmçinin Azərbaycanla Ukrayna arasında transsərhəd-logistik marşrutların, ixracın inkişafı və biznes-prosedurların asanlaşdırılması üçün yeni innovativ imkanlar yaradaraq ölkələr arasında transsərhəd elektron xidmətlərin qurulmasında əlaqələndirici element kimi çıxış edəcəkdir”- deyə xanım Yana Krimpe qeyd etmişdir. Kriptoqrafik qorunma sisteminin reallaşdırılmasında Ukrayna əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirən xanım Yana Krimpe iki ölkə arasında əməkdaşlığın yeni texnologiyaların və xüsusilə postkvant kriptoqrafiyasının reallaşdırılması məsələlərində yüksək texnoloji təcrübənin zənginləşdirilməsinə təkan verəcəyilə bağlı əminliyini ifadə etmişdir.
Xatırladaq ki, ötən ilin sonunda Ukrayna nümayəndə heyəti Bakıya səfər etmiş və elektron dövlət xidmətləri və aparıcı texnologiyalar sahəsində Azərbaycan mütəxəssislərinin təcrübəsi ilə tanış olmuşdur. “Asan İmza” mobil elektron imza xüsusi maraq kəsb etmişdir. Tərəflər texnologiyanın tətbiqi üzrə bir sıra məsələləri müzakirə etmişdilər. 2016-cı ilin sentyabr ayında Ukraynanın PKI Forumunda Ukraynanın milli elektron rəqəmsal imza sertifikatı ilə test rejimində sənədin imzalanması imkanlı “Mobile ID” texnologiyasının analoqu təqdim edilmişdir.
Azərbaycan ilə Ukrayna arasında pilot sənədin imzalanması “Asan İmza” xidmətinin operatoru hesab edilən “B.est Solutions” şirkətinin, Ukraynanın Ədliyyə Nazirliyinin Sertifikat Mərkəzi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin texniki dəstəyi ilə baş tutmuşdur.
Qeyd edək ki, mobil texnologiyaların gündəlik həyatımıza və peşəkar fəaliyyətə daxil olmasını, 3G və LTE kimi mobil əlaqənin yeni standartlar texnologiyasının tətbiqi tendensiyasının səviyyəsini, eləcə də smartfonlara olan sorğunun yüksəlməsini nəzərə alsaq, “Mobile ID” həm dövlət, həm də özəl müəssisələr tərəfindən vətəndaşlara elektron xidmətlərin göstərilməsi kontekstində daha perspektiv texnologiya hesab edilə bilər.
“Mobile ID” hüquqi əhəmiyyət daşıyan elektron sənədlərin yaradılması üçün şəxsiyyətin identifikatoru kimi xidmət göstərəcək mobil elektron imzanın telefonun SIM kartında yerləşdirilməsini nəzərdə tutur.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
9 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
10 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
